...

Leyla Abdullayeva: Milli maraqlarımıza əsaslanan çoxşaxəli xarici siyasət məqsədlərinə nail olunması hər bir diplomatmızın borcudur (MÜSAHİBƏ)

Siyasət Materials 5 Oktyabr 2018 11:38 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yeni rəhbəri Leyla Abdullayevanın Trend-ə müsahibəsi
Leyla Abdullayeva: Milli maraqlarımıza əsaslanan çoxşaxəli xarici siyasət məqsədlərinə nail olunması hər bir diplomatmızın borcudur (MÜSAHİBƏ)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yeni rəhbəri Leyla Abdullayevanın Trend-ə müsahibəsi

- Leyla xanım, Sizi bu vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. Mümkünsə, özünüz haqqında məlumat verərdiniz.

- 1981-ci ildə Bakıda anadan olmuşam. Orta təhsilimi Bakıda almışam və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magist pillələrində təhsil almışam. 2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışıram. Nazirlikdə çalışdığım müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olmuşam.

Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında nümayəndəliyində diplomatik fəaliyyət göstərmişəm. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində direktor müavini vəzifəsində çalışmışam. Ailəliyəm, iki övladım var.

- XİN-də və xaricdəki diplomatik nümayəndəliklərimizdəki fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

- Mövcud mürəkkəb geostrateji mühitdə dövlət başçısının rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi, milli maraqlarımıza əsaslanan çoxşaxəli xarici siyasət məqsədlərinə nail olunması hər bir diplomatımızın borcudur və bir diplomat olaraq, Xarici İşlər Nazirliyində, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində çalışdığım zaman bu vəzifənin layiqincə yerinə yetirilməsinə çalışmışam.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti