...

Səfir: Azərbaycanla Avstriya əlaqələrinin inkişafında yeni istiqamətlər ola bilər

Siyasət Materials 24 Oktyabr 2018 21:08 (UTC +04:00)
Azərbaycanla Avstriya əlaqələrinin inkişafında yeni istiqamətlər ola bilər.
Səfir: Azərbaycanla Avstriya əlaqələrinin inkişafında yeni istiqamətlər ola bilər

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanla Avstriya əlaqələrinin inkişafında yeni istiqamətlər ola bilər.

Trend-in məlumatına görə, bunu Avstriyanın Azərbaycandakı səfiri Axel Vex ölkəsinin Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Diplomat qeyd edib: "Biz iki ölkə arasında mədəni, siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına şahid olduq. Hətta 2016-2017-ci illərdə iqtisadi çətinlik müşahidə ediləndə əksər Avstriya şirkətləri ölkədə qaldı və fəaliyyətlərini davam etdirdi. Bu onu göstərir ki, Azərbaycanda fəaliyyətimiz davamlıdır və uzunmüddətli plana əsaslanır. Siyasi baxımdan isə 2017-ci ildə Avstriyanın ATƏT-ə sədrliyi mühüm əhəmiyyətə malik idi".

Azərbaycandakı diplomatik missiyasını başa çatdırmaqda olan A.Vex qeyd edib ki, yeni səfir Aleksandr Baerl bu istiqamətdə əlaqələri daha da inkişaf etdirmək üçün işləyəcək.

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, Avstriya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir.

B.Muradovanın sözlərinə görə, ötən il ölkələr diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd ediblər.

Millət vəkili bildirib ki, iki ölkə arasındakı dostluq əlaqələri gələcəkdə ikitərəfli əməkdaşlığın daha da yüksək səviyyəyə qalxmasına imkan verəcək.

B.Muradova həmçinin əlaqələrin inkişafında səfirliklərin əhəmiyyətli rolunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti