...

Birinci vitse-spiker: Misir və Azərbaycan dünyada sülhün bərqərar olması üçün böyük işlər görə bilərlər

Siyasət Materials 25 Oktyabr 2018 14:36 (UTC +04:00)
Azərbaycan Misirlə dost və qardaş ölkədir.
Birinci vitse-spiker: Misir və Azərbaycan dünyada sülhün bərqərar olması üçün böyük işlər görə bilərlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan və Misir dost, qardaş ölkədir. Trend-in məlumatına görə, bunu Misir parlamenti sədrinin birinci müavini Mahmud əş-Şərif deyib.

Misir xalqının salamlarını Azərbaycan xalqına və hökumətinə çatdırdıqlarını deyən əş-Şərif qeyd edib ki, hər iki dövlət arasında əlaqələri yüksək səviyyədə inkişaf etdirmək üçün bir çox planlar var.

Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda iştirakından da danışan əş-Şərif əlavə edib ki, bu forum dünyadakı qlobal problemlərin həlli, eyni zamanda insanlığa dəstək baxımından çox faydalıdır: "İnanıram ki, böyük tarixi olan bu iki dövlət humanitar sahədə əməkdaşlıq, dünyada sülhün bərqərar olması üçün böyük işlər görə bilərlər. Bu, mədəniyyət sahəsində əlaqələrin inkişafında daha önəmli rol oynayacaq".

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti