...

Hikmət Hacıyev: Azərbaycanla Belarus arasında çoxsaylı sənədlərin imzalanması nəzərdə tutulur

Siyasət Materials 17 Noyabr 2018 13:02 (UTC +04:00)
Azərbaycanla Belarus arasında çoxsaylı sənədlərin imzalanması nəzərdə tutulur.
Hikmət Hacıyev: Azərbaycanla Belarus arasında çoxsaylı sənədlərin imzalanması nəzərdə tutulur

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycanla Belarus arasındakı münasibətlər siyasi, iqtisadi, ticarət, hərbi-texniki, mədəni, humanitar və digər sahələri əhatə edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi davamlı olaraq artır: “Həmçinin dövlətimizin başçısının yaxın vaxtlarda Belarusa səfəri nəzərdə tutulub. Bu qəbildən olan yüksək səviyyəli səfərlər ölkələrimiz arasında intensiv xarakter daşıyır və bu səfər çərçivəsində də çoxsaylı sənədlərin imzalanması nəzərdə tutulur”.

O qeyd edib ki, bu səfər nəticə etibarilə Azərbaycan və Belarus arasındakı əlaqələrin inkişafına daha da ciddi şəkildə təkan verəcək: "Dövlətimizin başçısı da Belarus səfirini qəbul edərkən bu məsələlər geniş şəkildə müzakirə olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti