...

Moldova Prezidenti: Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət bundan sonra da Azərbaycanın firavanlığına xidmət edəcək

Siyasət Materials 26 Dekabr 2018 18:36 (UTC +04:00)

Bakı. Trend:

Moldova Prezidenti İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı, seçdiyiniz yolda uzun illər səmərəli fəaliyyət, yeni böyük uğurlar, xoşbəxtlik, ailənizə firavanlıq diləklərimi qəbul edin.

Əminəm ki, Sizin həm ölkədə, həm də xaricdə yürütdüyünüz ölçülüb-biçilmiş, düşünülmüş siyasət bundan sonra da Azərbaycanın və onun xalqının firavanlığına xidmət edəcək.

Fürsətdən istifadə edərək qəti əmin olduğumu bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə birgə səylərimizlə bundan sonra da dərinləşəcək.

Hörmətli cənab Prezident, Sizi və bütün ailənizi əlamətdar şəxsi bayramınız münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə yüksək ehtiramımı qəbul edin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti