...

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib, bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir

Siyasət Materials 27 Dekabr 2018 10:54 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbərə Azərbaycan Müdafiə Nazirliyindən aydınlıq gətiriblər.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu, Ermənistan tərəfinin öz ordusundakı baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində mülki vətəndaşlarımızı atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatıdır.

Bildiririk ki, Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib və bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti