...

Moldova Prezidenti Bakıya gələcək

Siyasət Materials 1 Mart 2019 12:45 (UTC +04:00)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı Forumunda Moldova Respublikasının Prezidenti İqor Dodon da iştirak edəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bu məqsədlə o, mart ayında Bakıya gələcək.

Moldova Prezidenti ötən il keçirilən VI Qlobal Bakı Forumunda da iştirak edib. O, Foruma xanımı ilə birlikdə qatılıb.

Qeyd edək ki, Moldova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Ötən il Mərkəzin Nümayəndə heyətinin Moldovaya səfəri çərçivəsində president İqor Dodonla mərkəzin baş katibinin görüşündə qurumun Moldovada fəaliyyətinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər də müzakirə edilmişdi.

VII Qlobal Bakı Forumunda 70-dən çox ölkə təmsil olunacaq. Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan artıq 7-ci ildir ki, Foruma ev sahibliyi edir.

Tədbirdə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi və ictimai xadimlər, tanınmış mediya nümayəndələrinin də iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti