...

Prezident İlham Əliyev seneqallı həmkarını təbrik edib

Siyasət Materials 7 Mart 2019 15:58 (UTC +04:00)
Prezident İlham Əliyev Seneqalın Prezidenti Maki Salla təbrik məktubu göndərib.
Prezident İlham Əliyev seneqallı həmkarını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Seneqalın Prezidenti Maki Salla təbrik məktubu göndərib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə məlumat verilib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Seneqal Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Seneqal arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik".

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Seneqal xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti