...

Bakıda iki yeni “ASAN xidmət” mərkəzinin tikintisinə 6 milyon manat ayrılıb

Siyasət Materials 5 Aprel 2019 17:03 (UTC +04:00)
Prezident İlham Əliyev Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.
Bakıda iki yeni “ASAN xidmət” mərkəzinin tikintisinə 6 milyon manat ayrılıb

Bakı. Trend:

Prezident İlham Əliyev Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

“ASAN xidmət” mərkəzlərində vətəndaşlara operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında müasir tələblərə cavab verən xidmətlər göstərilməsi sayəsində yüksək vətəndaş məmnunluğuna nail olunmuşdur. Ölkə əhalisinin dövlət xidmətlərini və özəl xidmətləri vahid məkanda əldə etməsinin daha da genişləndirilməsi və xidmət şəbəkəsinin bütün respublika ərazisini əhatə etməsi məqsədilə bu günədək paytaxtda, eləcə də digər şəhər və rayonlarda on beş “ASAN xidmət” mərkəzi yaradılmış, 2019-cu ilin sonunadək daha beş mərkəzin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Gündəlik müraciət sayı 30 minə yaxın olan “ASAN xidmət” mərkəzlərində indiyədək 28 milyondan çox müraciət qəbul edilmişdir.

Sərəncamda qeyd edilir ki, Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 6 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti