...

Deputat: Vətəndaşlar Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir

Siyasət Materials 11 Aprel 2019 09:33 (UTC +04:00)
Vətəndaşlar Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir.
Deputat: Vətəndaşlar Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Fransanın nüfuzlu “Opinion Way” sorğu mərkəzinin Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlara, hökumətin ümumi, daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə keçirdiyi geniş rəy sorğusunda Azərbaycan Prezidentinin fəaliyyətinin bütün istiqamətlər üzrə respondentlər tərəfindən yüksək qiymətləndirilməsi hər şeydən öncə dövlətimizin başçısının həyata keçirdiyi siyasət və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyinin dayanması ilə bağlıdır. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, əsas məsələlərə rəy bildirənlərin təqribən 90 faizi ölkə başçısının fəaliyyətini müsbət qiymətləndirib:

“Əslində cəmiyyətimizi sosioloji kontekstdə müşahidə etməyi və ictimai nəbzi tutmağı bacaranlar üçün rəy sorğusunun nəticələri gözlənilən idi. Bu kontekstdə önə çıxan başlıca məsələrdən biri də Prezident İlham Əliyevin ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunması ilə bağlı fəaliyyətinin respondentlər tərəfindən yüksək qiymətləndirilməsidir. Bu cür yanaşma sıravi azərbaycanlının srateji düşünmə bacarığının olmasından xəbər verir. Yəni respondent bilir ki, ictimai-siyasi sabitlik olmadan nə sosial, nə də iqtisadi problemləri həll etmək mümkündür. İkinci mühüm məsələ regionların inkişafının təmin olunmasının yüksək qiymətləndirilməsidir. Burada da müsbət rəy 90 faiz ətrafındadır. Doğrudan da regionlarımızın inkişafı daima Azərbaycan Prezidentinin diqqət mərkəzində olub və bunun üçün 2004-cü ildən başlayaraq ardıcıl dövlət proqramları həyata keçirilib. Nəticə isə göz qabağındadır. Abad yollar, qaz və elektrik enerjisi ilə təhcizat, sosial obyektlərin və idman qurğularının tikilməsi, regional sağlamlıq mərkəzlərinin yaradılması, iş yerlərinin açılması və s.”

Millət vəkili əlavə edib ki, buna paralel olaraq regionların iqtisadi zonalara bölünərək hər iqtisadi zonanın xarakterinə uyğun modern iqtisadiyyatın qurulması kimi işlər yeni reallıqlar formalaşdırıb:

"Bütün bunlar hazırkı regionlarımızın real mənzərəsini təşkil edir və vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Heç şübhəsiz ki, sosial sahədə inqilabi islahatların aparılması da respondentlərin diqqətindən kənarda qalmayıb və növbəti yüksək rəy alan blokda öz əksini tapıb. Şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, təqaüdlərin artırılması, Qarabağ veterenlarına əlavə ödənişin müəyyən edilməsi, minimum əməkhaqqının artırılması, problemli kreditlərin həll olunması və digər bu kimi işlər vətəndaşlarımızın müsbət rəy ifadə etməsini təmin edib. Eyni zamanda, idarəetmədə aparılan islahatlar, xarici siyasət, ordu quruculuğu işlərindəki böyük uğurlar respondentlər tərəfindən yüksək qiymətləndirilib. Nəticədə isə aydın olub ki, ötən bir ildə görülən işlər əslində "15 +1" formulası kontekstində qiymətləndirilib və Azərbaycan cəmiyyətinin ictimai yaddaşı kifayət qədər dərin və məntiqlidir. Əgər 15 il öncə həyata keçirilən işlər olmasaydı, hazırda son bir ildə bu qədər böyük işlər görmək də olmazdı. Bir sözlə, “Opinion Way” şirkətinin sorğusunun nəticəsi göstərdi ki, ümumilikdə vətəndaşlar Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti