...

Bakıda Cənubi Qafqaz və Xəzəryanı ölkələrin təhlükəsizlik problemləri müzakirə olunub (FOTO)

Siyasət Materials 10 Aprel 2019 19:21 (UTC +04:00)
TREND İnformasiya Agentliyinin mətbuat mərkəzində “Cənubi Qafqaz və Xəzəryanı ölkələrin təhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirilib
Bakıda Cənubi Qafqaz və Xəzəryanı ölkələrin təhlükəsizlik problemləri müzakirə olunub (FOTO)

Bakı. Mətanət Nəsibova - Trend:

Aprelin 10-da TREND İnformasiya Agentliyinin mətbuat mərkəzində “Cənubi Qafqaz və Xəzəryanı ölkələrin təhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir “Şimal-Cənub” Politologiya mərkəzi tərəfindən Xəzər ekspert klubunun rəhbəri Gülnarə Məmmədzadə və “Şimal-Cənub” Politologiya mərkəzinin icraçı direktoru Anjelika Trapeznikovanın moderatorluğu ilə təşkil olunub.

Tədbir zamanı Xəzər regionu üçün yeni çağırışlar kontekstində Rusiya-Azərbaycan əməkdaşlığı, Xəzər regionunun təhlükəsizliyinin təmin olunmasının şərti kimi Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri sisteminin inkişafı, Cənubi Qafqazda regional təhlükəsizliyin təminatı kontekstində “Xəzərin Konstitusiyası”nın imzalanması, Cənubi Qafqazda regional münaqişələr və təhlükəsizlik, Azərbaycanda terrorçuluqla mübarizə, eləcə də ümumi təhlükəsizlik sistemi kimi Şimali və Cənubi Qafqaz arasında qarşılıqlı anlaşma problemləri müzakirə olunub.

Dəyirmi masada Azərbaycan tərəfindən Milli Məclisin deputatı Rasim Musabəyov, “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov, moderator və ekspert Gülnarə Məmmədzadə, “Sputnik” multimedia mətbuat mərkəzinin direktoru İlqar Vəlizadə, Azərbaycan İqtisad Universitetinin professoru Elşad Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov, milli təhlükəsizlik məsələləri üzrə ekspert, hüquq elmləri doktoru, professor Kamil Səlimov iştirak edib.

Rusiya tərəfdən tədbirdə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) Beynəlxalq Tədqiqatlar İnstitutunun Postsovet Araşdırmalar Mərkəzinin direktoru Stanislav Çernyavski, Postsovet Ölkələrinin Araşdırmaları Mərkəzinin direktoru Konstantin Kurılyov, Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Leonid Qusev və “Şimal-Cənub” Politologiya mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti