Bakı. Trend:
ATƏT regionunda çoxlu problemlər yığılıb, onlara göz yummaq qətiyyən olmaz.
Trend-in məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli ilə görüşü zamanı deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, bu problemləri həll etmək lazımdır.
A.Lukaşenko əlavə edib ki, təşkilat bu problemlərə zəif reaksiyasına görə tez-tez tənqid edilə bilər, amma bu məsələlərin həlli birbaşa ATƏT-in işidir:
“Bu, ilk növbədə Avropa qitəsində təhlükəsizlik təşkilatıdır və bu problemlərə göz yummaq qətiyyən olmaz”.