Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib (FOTO)

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin "Sarsılmaz qardaşlıq-2019" birgə döyüş atışlı taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov birgə döyüş atışlı taktiki təlimi izləyiblər.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə raport verib.

İdarəetmə məntəqəsində əməliyyat taktiki təlimin planı diqqətə çatdırılıb. Bildirilib ki, təlimin keçirilməsində məqsəd qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətini koordinasiya etməkdən ibarətdir. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilib. Təlim zamanı şəxsi heyətlərin qidalanması və məişət şəraiti üçün də lazımi tədbirlər görülüb.

Naxçıvan Qarnizonu Qoşunlarının istifadəsində olan silah, texnika və döyüş maşınları ilə tanışlıqdan sonra təlimə start verilib.

Təlimin ssenarisinə əsasən "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taborundan ayrılmış taktiki hava desantı müdafiəmizin yaxın dərinliyində yerləşən yüksəklik istiqamətində irəliləyən düşməni məhv etmək üçün vertolyotdan əraziyə endirilib. Qrup tərəfindən düşmənin kəşfiyyat dozoru aşkarlanaraq məhv edilib. Tabora atəş dəstəyi üçün "D-44" topu vertolyotla yüksəkliyə çatdırılıb. Yaranmış şəraitdən məharətlə istifadə edən bölmələrimiz yüksəklikdə möhkəmlənərək, düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv edib, düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur olub.

Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı qrupları fəaliyyətə başlayıb. Həmlə qrupu ərazinin relyefindən və məhdudgörmə şəraitindən yararlanaraq düşmənin müdafiə mövqeyinə basqın edib. Əlahiddə Əməliyyat Briqadasının yüksək manevr qabiliyyətinə malik "KOBRA" tipli zirehli döyüş maşınları qrupa atəş dəstəyi veriblər.

Təlimin gedişində tank, "ZMA", "Xrizantema-S", "TOS-1A" və "ZU-23-2" tərkibində bölük taktiki qrupu mövqelərimiz arasındakı boşluqları tutaraq müdafiəni gücləndiriblər. Əlahiddə Ümumqoşun Ordunun raket-artilleriya birləşmə və hissələri müdafiə olunan bölmələrin atəş dəstəyinə başlayıb, ən uzaq hüdudlarda düşmənin irəliləyən motoatıcı və tank bölmələrinə, atəş mövqeyində olan artilleriya və minaatan batareyalarına, hava hücumundan müdafiə vasitələrinə, komanda məntəqələrinə zərbələr endiriblər. "SU-25" hücum təyyarələri isə düşmənin irəliləyən bölmələrinin qarşısını aviabombalarla alıb.

Düşmənin hücum edən bölmələrinin tankları, zirehli texnikası və canlı qüvvəsi "T-90 S" tanklarının sərrast atəşi ilə zərərsizləşdirilib. "TOS-1A" yaylım atəşli ağır odsaçan sistemi düşmənin dayaq məntəqələrini tələfata uğradıb. Bu zaman həmləyə keçən düşmən tankları "Xrizantema-S" tank əleyhinə idarə olunan raket kompleksinin atəşi ilə məhv edilib. "OSA-1T", "İqla-S" və "ZU-23-2" hava hücumundan müdafiə vasitələrinin atəşi ilə düşmən aviasiyasının hücumları dəf olunub. Tank, "PDM-2", "ZMA", minaatan, "AQS-30", snayper və digər atıcı silahların atəşi ilə hücum edən düşmənin zirehli texnikası və canlı qüvvəsi məhv edilib, "Mİ-35" vertolyotlarının məharətli atəş zərbələri ilə sıradan çıxarılıb.

Ordunun raket-artilleriya birləşmə və hissələri bölmələrimizin əks atəş hazırlığına başlayıblar. Ordu aviasiyası düşmənin aşkar olunmuş zirehli texnikasına, ehtiyatlarına və komanda məntəqələrinə zərbələr endirib. Atəş basqınından yararlanan tabor taktiki qrupları sürətlə düşmənin ön xəttinə yaxınlaşaraq döyüş düzülüşünə açılıb, ön xətdə və yaxın dərinlikdə yerləşən düşmənin atəş vasitələrini məhv ediblər. Tank və digər döyüş maşınlarının sərrast atəşi ilə düşmənin zirehli texnikası, sığınacaqlarda olan atəş vasitələri məhv edilib. Güclü atəş imkanına malik olan tabor taktiki qrupları düşmənə cinahlardan zərbələr endirib.

Hərəkəti təminetmə dəstəsi bir istiqamətdə düşmənin tank əleyhinə xəndəkləri üzərində körpü qurub, digər istiqamətdə isə mina sahəsindən keçidlər açaraq ehtiyatların irəliləməsinə nail olub. Təxliyə qrupları döyüş meydanında vurulmuş texnika və yaralıların təxliyəsini həyata keçiriblər. Hücumun inkişaf etdirilməsi və cinahlara doğru genişləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun ehtiyatları döyüşə salınıb, düşmən ehtiyatlarının irəliləməsinin qarşısının alınması məqsədi ilə taktiki və hava desantları endirilib. Beləliklə də Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri ilə birgə təlimdə qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetirərək şərti düşmən üzərində zəfər qazanıblar.

Sonda Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları "SU-25" hücum təyyarələrinin və vertolyotların müşayiəti ilə döyüş meydanında nümayiş olunub.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra şəxsi heyətlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgər və zabitləri salamlayıb, onları və tədbir iştirakçılarını Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik edərək deyib: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, "Müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, onun sütunu Azərbaycan Ordusudur". İşğalçı ölkə ilə sərhəddə yerləşməsi və blokada şəraitində yaşaması Naxçıvan Muxtar Respublikasında müdafiə təhlükəsizliyini əsas məsələlər sırasına çıxarmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır. Belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır".

Ali Məclisin Sədri deyib: Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirmiş, müasir silah və texnika ilə təminat gücləndirilmiş, bunların nəticəsi olaraq Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Bu gün muxtar respublikadakı ordu, hissə və birləşmələr güclü maddi-texniki təminata, müasir silahlara və peşəkar şəxsi heyətə malikdir. Naxçıvanda ordu quruculuğu sahəsində görülən işlərdə Türkiyə Silahlı Qüvvələrinin dəstəyi də qeyd olunmalıdır. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi sahədəki əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi də bu əməkdaşlığın davamı, eyni zamanda ordularımız arasındakı birliyin göstəricisidir.

Ali Məclisin Sədri deyib: Ordu quruculuğu tədbirləri sırasında hərbi təlimlərin əhəmiyyəti böyükdür. Çünki təlimlər əsgər və zabitlərdə hərbi vərdişləri formalaşdırır, onların döyüş hazırlığını artırır. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi ki, "Hər hansı bir ordunun dəyəri onun əsgər və komandan heyətinin dəyəri ilə ölçülür". Azərbaycan-Türkiyə birgə hərbi təlimində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi bir daha əminlik yaratdı ki, təlimə cəlb olunmuş şəxsi heyətlərdə yüksək döyüş hazırlığı vardır.
"Ordunun gücünü və döyüş qabiliyyətini yalnız maddi-texniki baza və silah təminatı deyil, həm də şəxsi heyətin vətənpərvərliyi və birliyi artırır. O ordu güclüdür ki, onun əsgər və zabitlərində vətənpərvərlik və birlik olsun. Keçirilən təlimdən çıxan nəticə də ondan ibarətdir ki, bir millətin, iki dövlətin silahlı qüvvələrində yüksək vətənpərvərlik və birlik vardır", - deyən Ali Məclisin Sədri hərbi təlimin uğurla başa çatması münasibətilə şəxsi heyətləri təbrik edib, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib.

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar iki qardaş ölkə silahlı qüvvələrinin birgə fəaliyyəti olan "Sarsılmaz qardaşlıq-2019" təlimləri münasibətilə şəxsi heyətləri təbrik edərək deyib: Regional təhdidlərin artdığı bir dövrdə ölkələrimizin və xalqlarımızın təhlükəsizliyini təmin etməyin yolu güclü və mübariz orduya sahib olmaqdan keçir. Güclü ordu üçünsə müasir silah və texnika, həmçinin peşəkar hərbçilər lazımdır. Peşəkar hərbçilərin yetişdirilməsinin ən optimal yolu təlimlərin keçirilməsidir. Təlimlərdə əsgər və zabitlərin ərazi və hava şərtləri ilə tanış olması döyüşə hazırlıq baxımından çox əhəmiyyətlidir. Çünki şəxsi heyət döyüş həmlələrini təlimlərdə öyrənir. Xüsusilə müştərək və birləşmiş təlimlər bir-birimizi tanımamıza, çiyin-çiyinə mübarizə aparmağımıza böyük dəstək verir. Dostluq və birgə əməkdaşlıq çərçivəsində icra etdiyimiz "Sarsılmaz qardaşlıq-2019" təliminin layiqli şəkildə məqsədinə çatdığını və böyük müvəffəqiyyətlə yerinə yetirildiyinin şahidi olduq. İki dövlətin bir millət, bir ordu olduğunda nələr edə biləcəyinə bu təlim bir nümunədir. Mustafa Kamal Atatürkün də dediyi kimi: "Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir". Qardaş ölkə Azərbaycan və Türkiyə hər cür təhdid və təhlükəyə qarşı kədərdə və sevincdə bərabərdir.

Hulusi Akar təlimlərin yüksək səviyyədə başa çatması münasibətilə Türkiyə Silahlı Qüvvələrinin adından təbriklərini çatdırıb.

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək deyib: Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularındandır. Qardaş ölkə ilə olan milli bağlarımız ordu quruculuğu sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən bəhrələnmək mühüm əhəmiyyət daşıyır. Birgə təlimlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, silahlı qüvvələrimiz hər bir vəzifəni birgə icra etməyə hazırdır və qadirdir. Naxçıvanda keçirilən təlimdə Türkiyə Respublikasının Milli Müdafiə nazirinin iştirakı onun əhəmiyyətini daha da artırdı.

Zakir Həsənov təlimin uğurla başa çatması münasibətilə şəxsi heyətə təbriklərini çatdırıb.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıqla bağlı görülən işləri diqqətə çatdırıb, hazırlanmış ssenariyə uyğun Türkiyə Respublikası Silahlı Qüvvələrinin təlimə cəlb olunan heyəti ilə Naxçıvan Qarnizonu Qoşunlarının şəxsi heyəti arasında bölmələrin birgə idarə edilməsində vahid prosedurların tətbiqinə nail olunduğunu, hədəflərin 85, maketlərin 90 faizindən çoxunun məhv edildiyini bildirib.

Sonra xatirə şəkli çəkdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıblar.
Zabit, gizir və əsgərlər şəxsi heyət arasındakı birlik və bərabərliyin ifadəsi olan "Hamı bir nəfər, bir nəfər hamı üçün" şüarını səsləndiriblər.

Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub
Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub
Maştağadakı tarixi hamamın təmizlənməsi işlərinə başlanılıb (FOTO)
Maştağadakı tarixi hamamın təmizlənməsi işlərinə başlanılıb (FOTO)
Xalq artisti Canəli Ələkbərovun oğlu vəfat edib
Xalq artisti Canəli Ələkbərovun oğlu vəfat edib
Loading Bars
Xəbər lenti
Müdafiə Nazirliyi: Hazırda Tovuz istiqamətində döyüş gedir
Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması üçün hər an ön cəbhədə vuruşmağa hazırıq
Türkiyənin cənubunda təyyarə qəzaya uğrayıb, 7 nəfər həlak olub
Amazon şirkəti məsafədən iş rejimini 8 yanvar tarixinə qədər uzatdı
Futbol üzrə İtaliya çempionatında "Yuventus" "Sassuolo" ilə heç heçə oynadı
Meksika mətbuatında işğalçı Ermənistan son təxribatı ilə bağlı məqalə dərc olunub
Ermənistanın təcavüzünün reallıqları ABŞ mediasına təqdim olunub
Panama sahillərində güclü zəlzələ baş verib
"Portu" 29-cu dəfə Portuqaliya çempionu oldu
Braziliya prezidentinin koronavirus testi yenidən müsbət çıxıb
Mikayıl Cabbarov: Avqust ayının 1-dək rəqəmsal kredit platformasında sahibkarlara eyni vaxtda 3 bank seçmək imkanı yaradılacaq
Mikayıl Cabbarov: Cari ilin 6 ayında özəl sektor üzrə ƏDV depoziti hesabına mədaxil 6,8 faiz artıb
Elman Rüstəmov: 13 min 500 nəfər əmanətçiyə 245 milyon manatdan çox vəsait qaytarılıb
Suvarmaya dair problemlərin operativ qaydada həlli üçün çağrı mərkəzi yaradılıb
Koronavirusa görə aparılan gündəlik testlərin sayı 12-13 minə qədər artırılacaq - RƏSMİ
Tovuz rayonunda 82 mm-lik minaatan mərmisi aşkar olunub (FOTO)
Azərbaycanda 6 ay ərzində pandemiya ilə mübarizədə ayrılan vəsaitdən 752 milyon manat istifadə olunub
Prezident İlham Əliyev: Gələn ilin büdcəsində, ilk növbədə, neftin qiyməti gərək düzgün müəyyən edilsin
Azərbaycan Prezidenti: Biz həm hərbi xərclərimizə yenidən baxmalıyıq və xüsusilə, gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər ordumuzun təminatını tam görməlidir
Prezident İlham Əliyev: Kənd təsərrüfatının intensiv yollarla inkişafı bizim üçün prioritet məsələ olmalıdır
Moskvada koronavirusdan daha 24 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 185 mindən çox artıb
Əhliman Əmiraslanov: Xalq dövlət başçısının siyasətini dəstəkləyir
Milli Məclisin deputatları Polad Həşimovun evinə gedərək ailə üzvlərinə başsağlığı veriblər
Azərbaycan Prezidenti: Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, neft, qaz, deməli yanacaq və elektrik enerjisini ixrac edir
Prezident İlham Əliyev: Su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var və onların arasında koordinasiya lazımi səviyyədə deyil
Aydın Quliyev: Ermənistanın son təcavüz addımları Azərbaycanda milli birlik və güclü həmrəyliyi bir daha nümayiş etdirdi
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə məktub göndərib
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə məktub göndərib
Azərbaycan Prezidenti: KTMT-ya müraciət etmək Ermənistanın qorxaqlığının növbəti təzahürüdür
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının dövlət başçısına məktub göndərib
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibinə təşəkkür məktubu göndərib
Kolumbiya Senatı Tovuz istiqamətində hücumları pislədi
Prezident İlham Əliyev: Prezidentin kabinetində hər gün kolbasa, araq yeyib-içirdilər, hər gün, gecə səhərə qədər, sonra da o vaxtkı prezident saat 12-də yuxudan oyanırdı
Azərbaycan Prezidenti: Biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük
Prezident İlham Əliyev: Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub - istər döyüş meydanında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə
Azərbaycan Prezidenti: Dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin
Azərbaycan Prezidenti: Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz
Prezident İlham Əliyev: Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq
Azərbaycan Prezidenti: Hansısa yaramaz ünsürlərın fikri 1990-cı illərin əvvəllərinə getməsin
Prezident İlham Əliyev: Bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu
Azərbaycan Prezidenti: Bir çoxları bizim fəaliyyətimiz nəticəsində biliblər ki, bu çirkin təxribatı Ermənistan törətmişdir
Prezident İlham Əliyev: Ayın 12-də hadisələr baş verəndən sonra mən Xarici İşlər nazirini tapa bilmədim
Prezident İlham Əliyev: Danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz
Azərbaycan Prezidenti: Son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur
Prezident İlham Əliyev: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım geri atmayacağıq
Azərbaycan Prezidenti: Qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, - cavab ver buna
Prezident İlham Əliyev: Son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, Ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi
Prezident İlham Əliyev: Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz
Azərbaycan Prezidenti: Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir
Prezident İlham Əliyev: Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək
Prezident İlham Əliyev: Bu çirkin əməldən sonra mənim göstərişimlə qisas əməliyyatının ikinci fazası başlamışdır
Azərbaycan Prezidenti: Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib
Prezident İlham Əliyev: Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı
Bəhruz Quliyev: Ordumuz barədə yalan məlumatlar yaymaq dövlətimizə və millətimizə xəyanətdir
Tamam Cəfərova: Gün, Birlik Günüdür!
Deputat: Azərbaycan xalqı öz Prezidentinə və Milli Ordusuna qətiyyətli dəstək nümayiş etdirdi
Mərkəzi Gömrük Hospitalının həkimləri koronoviruslu xəstələrinin müalicəsində artıq dördüncü dəfə EKMO aparatından istifadə ediblər (FOTO)
QMİ nümayəndəsi: Ordumuzun düşmənə layiqli cavabı bir daha Azərbaycan dövlətinin gücünü göstərir
Azərbaycan artıq regional deyil, qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və müəllifidir - Deputat
Azərbaycan Beynəlxalq Bankından “SOCAR Polymer”ə böyük məbləğdə maliyyələşmə
Dondar Quşçuya atılan partlamış top mərmisinin qalıqları tapılıb (FOTO)
Lənkəranda guya yürüş keçiriləcəyi ilə bağlı saxta məlumatlar yayan şəxslər saxlanıldı (VİDEO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları COVID-19-la mübarizəyə dair maarifləndirmə tədbirlərində fəal iştirak edirlər (FOTO)
Rusiyada yaşayan bir qrup soydaşımız Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini ifadə edib (VİDEO)
Çindən Türkiyəyə konteyner qatarları daha tez çatmağa başlayıb
Milli Məclisin binasına dəymiş ziyanın məbləği açıqlandı (FOTO)
Türkiyə Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınayıb və hər zamankı kimi Azərbaycanın yanında olduğunu bildirib - Əhliman Əmiraslanov
Pandemiya dövrünün TƏHSİLİ - reallıqlar, çətinliklər, çıxış yolları
Tovuzun Dondar Quşçu kəndində partlamamış top mərmisi tapılıb (FOTO)
Azərbaycan gənclərinə müraciət qəbul olundu
PAŞA Bank Azərbaycanın borc bazarında 200.000.000 ABŞ dolları dəyərində istiqrazların emissiyasında iştirak etdi
Dünən təxribatçı səs yazısını yayan şəxs açıqlama verdi (VİDEO)
Politoloq: Orduya dəstək aksiyalarında karantin qaydalarına əməl edilməməsi koronavirusa yoluxma üçün əlverişli şərait yaradırdı
MÜSİAD-Azərbaycan Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatı qətiyyətlə pisləyib
Azərbaycan Prezidentin köməkçisi canlı yayımda Ermənistan XİN başçısının yalanlarını ifşa etdi
76 yaşlı kişinin ermənilər tərəfindən öldürülməsi ilə bağlı cinayət işi açıldı
Azərbaycan koronavirus pandemiyasına Xalq-Prezident həmrəyliyi ilə qalib gələcək
Əsli Kazımova: Həmrəylik nümayiş etdirərək dövlət başçısının ətrafında birləşməliyik!
“Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan cədvəli
Bu rayonlara leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
Suraxanıda qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs istintaqa cəlb olunub
Tural Gəncəliyev: Düşmən anlamalıdır ki, bu mübarizədə məğlub tərəf məhz özü olacaq
Həlak olan Ağdam kənd sakininin qızı: Atam danışıb sağollaşan kimi ermənilər evimizi mərmi atəşinə tutub, atamı öldürdülər (FOTO)
GGFR-in hesabatının müzakirəsi üçün Rəhbər Komitənin onlayn formatda görüşü keçirilib (FOTO)
İtaliya parlamentarları tərəfindən Azərbaycana dəstəklə bağlı növbəti açıqlamalar
Ermənistan vətəndaşı Naxçıvana keçib (VİDEO)
Gecikdirilmiş sosial ödəmənin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib
İstanbulda “Can Azərbaycana canımız fəda” adlı mitinq keçiriləcək
Xələf Xələfov: Münaqişənin həllinin süni surətdə uzadılması regional sabitlik və təhlükəsizlik üçün yeni risklər yaradır
Tovuzda jurnalistlərin və deputatların olduğu ərazi ermənilər tərəfindən atəşə tutulub
Erməni lobbisi Fransanın “L’Express” portalını hədələyib (FOTO)
Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu, 545 nəfər sağaldı, 7 nəfər öldü
Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı keçirilib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərib
Komitə sədri: Bir qrup təxribatçının təhriki ilə Milli Məclisin binasına hücum Azərbaycan dövlətinə, xalqına və qəhrəman əsgərinə xəyanət idi
SOCAR II rübün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqladı
Düşmən bölmələrindən birinin səhra idarəetmə məntəqəsi məhv edildi (VİDEO)
Ermənilərin Qazaxda dinc sakinlərə atəş açmaqla maddi zərər vurması ilə bağlı cinayət işi başlandı
Arzu Nağıyev: Tovuzun hər bir sakini Azərbaycan Ordusuna güvənir, ordunun yanındadır (VİDEO)
Bütün xəbərlər