...

Yaponiya ilə Azərbaycan arasında viza sadələşdirilməsi istiqamətində işlər aparılır - Səfir

Siyasət Materials 19 İyun 2019 19:12 (UTC +04:00)
Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 26 illik tarixi var və bu müddət ərzində ikitərəfli münasibətlər dostcasına inkişaf edib.
Yaponiya ilə Azərbaycan arasında viza sadələşdirilməsi istiqamətində işlər aparılır - Səfir

Bakı. Elçin Mehdiyev - Trend:

Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 26 illik tarixi var və bu müddət ərzində ikitərəfli münasibətlər dostcasına inkişaf edib.

Trend-in məlumatına görə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori deyib.

Səfir bildirib ki, iki ölkə arasında enerji sahəsində əlaqələr daha çox inkişaf edib, lakin digər sahələrdə də əməkdaşlıq genişlənməkdədir.

T.Katori əlavə edib ki, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı işlər aparılır. Həm Azərbaycandan Yaponiyaya gedənlərin, həm də Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artmaqdadır.

Səfir vurğulayıb ki, Yaponiya ilə Azərbaycan arasında vətəndaşlar üçün vizanın sadələşdirilməsi istiqamətində işlər aparılır.

Diplomat əlavə edib ki, Yaponiyada yeni imperatorun taxta çıxması ilə bağlı oktyabr ayında keçiriləcək rəsmi ziyafətə Azərbaycandan da nümayəndə heyəti dəvət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti