...

Elmar Məmmədyarov Şimali Makedoniyanın Baş Naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 24 Sentyabr 2019 00:30 (UTC +04:00)
Xarici İşlər naziri Elmar Məmmədyarov Şimali Makedoniya Respublikasının Baş naziri Zoran Zaev ilə BMT-nin Baş Assambleyasının 74-cü sessiya çərçivəsində görüşüb
Elmar Məmmədyarov Şimali Makedoniyanın Baş Naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarov Şimali Makedoniya Respublikasının Baş naziri Zoran Zaev ilə Nyu Yorkda, BMT-nin Baş Assambleyasının 74-cü sessiya çərçivəsində görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Şimali Makedoniya Respublikası arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə etdilər. Görüşdə Azərbaycan-Şimali Makedoniya Respublikası arasında davamlı siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, eləcə də humanitar əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunuldu.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri haqqında fikir mübadiləsi aparan tərəflər, enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etdilər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi apardılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti