Səfir: Bolqarıstanlı nazirin Bakıya səfəri cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığa töhfə verəcək

Səfir: Bolqarıstanlı nazirin Bakıya səfəri cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığa töhfə verəcək

Bakı. Trend:

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın Trend Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi

- Məlum olduğu kimi, Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Bilmək istərdik ki, səfər zamanı keçirilmiş görüşlərdə hansı məsələlər müzakirə mövzusu olub?

- Öncəliklə qeyd etmək istərdim ki, Bolqarıstan Respublikası Daxili İşlər naziri Mladen Marinovun ölkəmizə səfəri Azərbaycan Respublikası Daxili İşlər Nazirinin rəsmi dəvətinə əsasən həyata keçirilib. Nazir Mladen Marinov və onu müşayiət edən nümayəndə ilk olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, ulu öndərin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şəhidlər xiyabanında olan qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını ziyarət edərək “Əbədi məşəl” kompleksinin önünə əklil qoyublar.

Səfər çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Qəbul zamanı münasibətlərin çox uğurla inkişaf etdiyi və ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcudluğu vurğulandı. Bu zaman ölkələrimiz arasında xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıqdan söhbət açan cənab Prezident Bolqarıstanın Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının işində həmişə nazir səviyyəsində iştirak etdiyini qeyd etdi. Dövlət başçısı Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasından sonra ölkələrimizin biznes qurumlarının daha çox əlaqə saxlayacağını və daha sıx əməkdaşlıq edəcəyini vurğuladı. Azərbaycanın artıq qonşu ölkələrə və digər dövlətlərə yüklərin Şərq-Qərb marşrutu ilə daşınması üçün tranzit xidmətləri göstərdiyini qeyd edən dövlət başçısı bu mühüm dəhlizin genişləndirilməsinin əməkdaşlıq üçün əlavə imkanlar yaradacağına əminliyi diqqətə çatdırdı. Daxili işlər orqanlarının ictimai asayişin qorunması və vətəndaşların dinc yaşayışının təmin edilməsində mühüm vəzifə yerinə yetirdiyini qeyd edən cənab Prezident istər Bolqarıstanda, istərsə də Azərbaycanda ictimai-siyasi sabitlik və asayişin xalqın iradəsi ilə təmin olunduğunu diqqətə çatdırdı.

Səfər çərçivəsində, 21 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov nazir Mladen Marinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Görüşlər zamanı Azərbaycan Respublikasının dövlət sərhədindəki mövcud vəziyyət və ona qarşı təhdidlərdən söhbət açıldı. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf ərazilərin işğal olunduğu, o cümlədən bu ərazilərin qeyri-qanuni məqsədlərlə üçün istifadə edildiyi diqqətə çatdırıldı. Ardınca, Prezident İlham Əliyevin rəhbərliyində ölkəmizdə əldə olunmuş nailiyyətlərə toxunularaq sosial-iqtisadi inkişaf barədə qonaqlara müfəssəl məlumat verildi. Daxili işlər orqanlarının gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkədə asayişin, əmin-amanlığın bərpa olunması, kriminogen durumun nəzarət altına alınması, müasir ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində görülən işlər barədə məlumat verildi. Daxili işlər orqanlarında həyata keçirilən genişmiqyaslı hüquqi-demokratik islahatlara toxunularaq fəaliyyətin beynəlxalq norma və standartlara uyğunlaşdırılması, insan hüquq və azadlıqları ilə bağlı yeni normativ hüquqi bazanın yaradılması barədə danışıldı. Transsərhəd cinayətkarlıqla mübarizə sahəsinə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üçün görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə qonaqlara məlumat verildi. Həmçinin, əcnəbilərin hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu vurğulanaraq miqrantların, o cümlədən xaricdə yaşayan vətəndaşlarımızın hüquqlarının müdafiəsi sahəsində ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığa olan maraqdan söhbət açıldı.

Əlavə etmək istərdim ki, nazir Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış oldu. Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verildi. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılmasının səmərəli dövlət idarəçiliyinin təmin edilməsi mühüm nailiyyət olduğu qeyd olunub.

- Fikrinizcə, Bolqarıstan Respublikasının Daxili İşlər nazirinin səfəri Azərbaycan-Bolqarıstan münasibətlərinin gələcək inkişafına necə təsir göstərəcək?

- Məlum olduğu kimi səfər çərçivəsində “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikasının Hökuməti və Bolqarıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”ə əlavə Protokol imzalanıb.

2015-ci ildə Azərbaycan-Bolqarıstan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, habelə yüksək səviyyəli qarşılıqlı səfər və təmasların intensivləşməsi faydalı əməkdaşlığımızın genişləndirilməsinə əlavə təkan verir. Bu xüsusda, sonuncu səfərin ölkələrimizin hüquq-mühafizə orqanları arasında ikitərəfli əməkdaşlığın möhkəmlənməsində önəmli mərhələ olacağına inanırıq. Çünki, terrorizm, ekstremizm, həmçinin transmilli mütəşəkkil cinayətkarlığın bütün növləri qarşılıqlı mübarizə səylərinin birləşdirilməsini, habelə beynəlxalq xarakterli təhlükələrə qarşı birgə tədbirlərin görülməsi operativ informasiya və qabaqcıl təcrübə mübadiləsini şərtləndirir. İlk dəfədir ki, Avropa İttifaqına üzv dövlətlə cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığa dair əlavə Protokol imzalandı. Həmin sənəddə hər iki tərəfin maraq və mənafeləri, həmçinin beynəlxalq öhdəlikləri nəzərə alınıb. Bu mənada onun cinayətkarlığa qarşı mübarizə sahəsində birgə əməkdaşlığa töhfə verəcəyinə inanırıq. Həmçinin, nümayəndə heyətləri regionda cərəyan edən hadisələr və sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi apardılar. Fikrimizcə, transsərhəd cinayətkarlığının təzahürləri ilə mübarizənin aparılması, sərhəd mühafizəsi və nəzarəti sahəsində praktiki fəaliyyətlərin əlaqələndirilməsi və aidiyyəti sahələr üzrə təcrübə mübadiləsinin təmini sərhəd sahəsində əməkdaşlığa növbəti fayda olacaq. Miqrasiya prosesləri ilə bağlı daha sıx görüşlərin təşkili isə hər iki ölkənin miqrasiya proseslərinin tənzimlənməsi üçün yeni və daha əlverişli imkanların yaradılmasına zəmin yaradacaq.

Şirvanda qadını öldürməkdə şübhəli bilinən şəxslər tutuldu
Şirvanda qadını öldürməkdə şübhəli bilinən şəxslər tutuldu
Bakıda 1000 manata tapança satmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda 1000 manata tapança satmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Loading Bars
Xəbər lenti
Xocalı hadisələrinin şahidi öz xatirələrini bölüşüb
Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!” (FOTO)
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır
Polkovnik Elxan İbrahimov öz vəzifəsindədir - Müdafiə Nazirliyi
Yalnız sıx əməkdaşlıq Cənubi Qafqaz regionunun demilitarizasiyasına xidmət edə bilər - Komitə sədri
MDU-nun tələbələri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşib
Azərbaycan könüllüləri dünyanı Xocalı soyqırımına səssiz qalmamağa çağırıb (FOTO)
Bu il sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək
Dövlət başçısı hər bir sualı cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü - Arzu Nağıyev (VİDEO)
AXC-Müsavat cütlüyü hərbi qüvvələri öz məkrli məqsədləri üçün istifadə edirdi - Deputat
Azərbaycan Prezidenti: Bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar
Kişinyov şəhərində Xocalı soyqırımının qurbanları yad edilib
Prezident İlham Əliyev: Rusiya və Azərbaycan dost ölkələrdir
Alman alim Xocalı qətliamından yazıb
Prezident İlham Əliyev: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
Azərbaycan Prezidenti: Monitorinq Mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək
Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşdu
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımını anım tədbiri keçirilib (FOTO)
Şuşada Xocalı qurbanları yad edilib (VİDEO)
Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
Ədliyyə orqanlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
İordaniyada Xocalı soyqırımı ilə əlaqədar anım gecəsi keçirilib (FOTO)
“Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Rektor Şahin Bayramov Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı açıqlama verib
Xocalı soyqırımı - insanlığa qarşı amansız terror!
Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib
Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət etdi (FOTO)
Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb
Estoniyadan diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq olundu
Ermənilər hamilə əmim qızını öldürdülər - Faciədə hər iki valideynini itirən Xocalı şahidi
ADU-nun Tərcümə fakültəsində “Xocalı soyqırımından Qarabağ zəfərinə” adlı tədbir keçirilib
"ADY Container" MMC Türkmənistandan Türkiyəyə kükürd daşıyır
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət Hacıyev
Baş İdarə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib
Qazaxıstan və Azərbaycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olunub
Azərbaycan Prezidenti: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
AzTU tələbələri işlə təmin etmək üçün taksi xidməti yaratdı
Tbilisidə Xocalıya həsr edilmiş anım mərasimi və fləşmob təşkil edilib (FOTO)
AMEA-da virtual laboratoriyalar yaradıla bilər
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO)
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Azercell ilə TikTok indi daha əlçatandır!
Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi (FOTO)
Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub (FOTO)
Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir
Azərbaycan könüllüləri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat veriblər
Prezident İlham Əliyev: Azərbaycana xoş gəlmisiniz plakatı nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur
Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üçün plan hazırlayır
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır
Varşavada Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Xocalı həqiqətləri Avropanın nüfuzlu media orqanında
Azərbaycan Prezidenti: Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz, bunlar terrorçu və təxribatçılardır
Bizi Qarabağdakı əsas tapşırıqdan heç nə yayındırmamalıdır - Mariya Zaxarova
Dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir - Deputat
Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO/VİDEO)
Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anım günü elan edilib (FOTO)
Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirə qatılıb
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
Dinc sakinlərə qarşı aqressiya bunu törədənin zəifliyinin göstəricisidir - Rusiyalı ekspert
Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib
“Muğanbank” ASC-nin reytinqləri üzrə proqnoz yenidən baxılaraq, “Neqativ”-dən “Stabil”-ə dəyişdirilmişdir
Portuqalıya kinoşirkəti “STORY of KHOJALI” adlı film ekranlaşdırıb (VİDEO)
Azərbaycanda 180 nəfər COVID-19-dan sağalıb, 219 nəfər yoluxub, 4 nəfər vəfat edib
Qəbələdə ağac kəsən şəxs cəzalandırılıb
Srebrenitsa anaları Ağdamda olublar (FOTO)
Əfv komissiyası hansı müraciətlərə baxıb?
Xocalı faciəsinin 29-cu ildönümü Bolqarıstanda anılıb (FOTO)
Şirvanda qadını öldürməkdə şübhəli bilinən şəxslər tutuldu
Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
Naqif Həmzəyev “A Haber” televiziya kanalında Xocalı soyqırımından danışıb (FOTO/VİDEO)
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)
ADU-nun Çinşünas tələbələri Xocalı faciəsini yad edib (FOTO)
Prezident İlham Əliyev 4 saatdan çox davam edən konfransda 50-yə yaxın sualı cavablanıdırb
Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 erməni axtarışa verilib - Baş prokuror
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
Prezident İlham Əliyevin bir neçə dildə danışması xarici jurnalistləri təəccübləndirib: Rekorda imza atdınız (VİDEO)
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Seulda silsilə tanıtım və məlumatlandırma aksiyaları davam etdirilib (FOTO)
Xocalıda cinayətlərin törədilməsində günahkar olan hər kəs ədalətli cəzasını almalıdır - Ukraynalı ekspert
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib (FOTO)
Vətəndaşlar "Ana harayı" abidəsini ziyarət edirlər (FOTOREPORTAJ)
İranda ötən sutkada 69 nəfər koronavirusdan ölüb
Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin növbəti görüşünün vaxtı açıqlanıb
Xocalı soyqırımının 29-cu ildönümü Bolqarıstan mətbuatında işıqlandırılıb (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
Qarabağla bağlı razılaşmalar icra olunur - Peskov
"Azİz" Assosiasiyası beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırıb
Paşinyanın “lift diplomatiyası” – O, Düşənbədə Azərbaycan Prezidentinə nə barədə söz veribmiş? (VİDEO)
Vaşinqtonun küçələrində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası başlayıb (FOTO)
Xocalı faciəsinin ildönümü ilk dəfədir ki, başıuca formada qeyd olunur - Alim
İsraildə Xocalı soyqırımına həsr olunmuş videokonfrans keçirilib
Bütün xəbərlər