...

AXCP və "Milli Şura" yenidən "Real"a qarşı hücuma keçib (FOTO)

Siyasət Materials 14 Dekabr 2019 11:21 (UTC +04:00)
Məntiqə baxın, deməli, kimsə fərqli yol tutmamalıdır, real müxlaifətçilik də bu azsayılı adamlara görə Əli Kərimliyə "biət etmək" deməkdir?
AXCP və "Milli Şura" yenidən "Real"a qarşı hücuma keçib (FOTO)

Bakı. Alpər M.- Trend:

Məntiqə baxın, deməli, kimsə fərqli yol tutmamalıdır, real müxlaifətçilik də bu azsayılı adamlara görə Əli Kərimliyə "biət etmək" deməkdir? Parlament seçkilərinə start verildikdən sonra "boykot" qərarı vermiş AXCP və Milli Şura seçkilərdə iştirak edəcək digər müxalifət partiyalarına qarşı kampaniya aparırlar. Lakin nədənsə, Əli Kərimli və trolları seçkidə iştirakla bağlı qərar vermiş onlarla partiyanın içərisindən ancaq REAL-a hücumlar edir.

Trend-in məlumatına görə, bunu siyasi şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bütün baş verənlərin fonunda isə sual yaranır ki, AXCP-Milli Şura REAL-dan qorxurmu?:

"İndiki hücumların məqsədi REAL-ı ləkələməklə seçkilərdən sonrakı dövrdə "ana müxalifət" statusu uğrunda mübarizədirmi? Təklənmiş Əli Kərimli siyasi çarəsizliyini açıq nümayiş etdirir".

Qeyd edək ki, gələn il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti