...

Əli Əhmədov: Namizədlərimizin sırasında çoxlu gənclər var

Siyasət Materials 27 Dekabr 2019 19:22 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədlərini müəyyən etdi.
Əli Əhmədov: Namizədlərimizin sırasında çoxlu gənclər var

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədlərini müəyyən etdi. Cəmiyyətin və siyasi partiyaların bizim namizədləri elan edəcəyimiz günü səbirsizliklə gözlədiklərini bilirdim.

Trend-in məlumatına görə, bunu Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədovun sözlərinə görə, bu ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyası sözün həqiqi mənasında möhtəşəm siyasi gücdür:

"Hamı, bütün siyasi partiyalar, bizə rəqib olanlar da, bu fikrə düşməyi ağıllarına belə gətirməyən partiyalar da bu gücü etiraf edirlər. Namizədlərimizin sırasında çoxlu gənclər var. Bunu təbii qəbul etmək lazımdır. İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək, Prezident İlham Əliyevin islahatlar strategiyasına öz dəstəklərini növbəti dəfə göstərəcəklər.

Yeni Azərbaycan Partiyası olaraq həmişəki kimi maraqlı və gərgin seçki kampaniyası aparacağımıza əminəm. Partiyamıza və ayrı-ayrılıqda hər bir namizədimizə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti