...

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

Siyasət Materials 17 Yanvar 2020 11:52 (UTC +04:00)
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşiklə görüşüb, o da xarici işlər nazirləri səviyyəsində görüşün baş tutmasını dəstəkləyib:

"Digər hər hansı bir məsələ çıxmasa, bu ayın sonunda XİN başçılarının görüşü nəzərdə tutulur".

Xatırladaq ki, son görüş 2019-cu ilin dekabrın 4-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavadakı 26-cı iclası çərçivəsində baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti