...

Elmar Məmmədyarov TDƏŞ-in Baş katibi ilə görüşüb (FOTO)

Siyasət Materials 5 Fevral 2020 21:56 (UTC +04:00)

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə cari ilin 6 fevral tarixində Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Xarici İşlər nazirlərinin növbədənkənar iclasının gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tərəflər, həmçinin təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti