...

Rusiya və NATO hərbi rəhbərliyi Bakıda strateji sabitliyi müzakirə ediblər

Siyasət Materials 6 Fevral 2020 18:56 (UTC +04:00)
Valeri Gerasimov və Tod Volters Bakıda strateji sabitlik və böhran bölgələrindəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Rusiya və NATO hərbi rəhbərliyi Bakıda strateji sabitliyi müzakirə ediblər

Bakı. Trend:

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters Bakıda strateji sabitlik və böhran bölgələrindəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Trend-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, hərbi rəhbərlər strateji sabitlik, dünyanın böhranlı bölgələrindəki vəziyyət barədə fikir mübadiləsi aparıb, həmçinin tərəflərin hərbi fəaliyyəti nəticəsində yaranan insidentlərin qarşısını almaq üçün atılan addımları müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti