...

Bütün seçki məntəqələri səsvermə üçün tam hazır vəziyyətə gətirilib

Siyasət Materials 8 Fevral 2020 15:10 (UTC +04:00)
Azərbaycanda fevralın 9-a təyin edilmş parlament seçkiləri 5573 daimi seçki məntəqəsində baş tutacaq.
Bütün seçki məntəqələri səsvermə üçün tam hazır vəziyyətə gətirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Bütün seçki məntəqələri səsvermə üçün tam hazır vəziyyətə gətirilib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün seçkilərə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, seçkilər elan edildikdən sonra MSK tərəfindən lazımi tədbirlər görülüb.

M.Pənahov bildirib ki, MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb.

MSK sədrinin sözlərinə görə, parlament seçkiləri 5573 daimi seçki məntəqəsində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti