...

Azərbaycanda demokratik seçki keçirilməsindən çox məmnunam - Braziliya Senatının birinci vitse-prezidenti

Siyasət Materials 9 Fevral 2020 22:26 (UTC +04:00)
Braziliya nümayəndə heyəti Azərbaycanda keçirilən parlament seçkilərində apardığı müşahidələrin nəticələrini açıqlayıb.
Azərbaycanda demokratik seçki keçirilməsindən çox məmnunam - Braziliya Senatının birinci vitse-prezidenti

Balı. Samir Əli - Trend:

Braziliya nümayəndə heyəti Azərbaycanda keçirilən parlament seçkilərində apardığı müşahidələrin nəticələrini açıqlayıb.

Trend-in məlumatəna görə, Braziliya Senatının birinci vitse-prezidenti, Senatda Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri Antonio Anastasia bildirib ki, o Azərbaycan dövlətinin dəvəti ilə ölkəyə gəlib:

"Hər şey normal idi. Tam demokratik seçki prosesi keçdi və burada demokratik seçki keçirilməsindən çox məmnunam".

Braziliya Konqresində Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri Claudio Cajado isə bildirib ki, nümayəndə heyəti Binəqədi və Qaradağ rayonlarındakı dairələr üzrə müşahidələr aparıblar:

"Hər şey tam normal keçdi. Hər iki tərəfin namizədləri ilə tanış olduq, seçicilərlə görüşdük. Onlar da dedilər ki, proses tam demokratik keçir. Məntəqələrdə qanun pozuntusu ilə rastlaşmadıq. Sevinirəm ki, Azərbaycanda demokratik seçkini müşahidə etdik. Mən buna görə Azərbaycan xalqını təbrik edirəm".

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti