...

MSK 7 məntəqə üzrə səsvermənin nəticələrini ləğv etdi

Siyasət Materials 17 Fevral 2020 16:45 (UTC +04:00)
MSK 7 məntəqə üzrə səsvermənin nəticələrini ləğv etdi
MSK 7 məntəqə üzrə səsvermənin nəticələrini ləğv etdi

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün 34 saylı Xətai Üçüncü Seçki Dairəsi üzrə müraciətə baxıb.

Trend-in məlumatına görə, müraciətdə seçkilər zamanı pozuntulara yol verildiyi bildirilib.

Qeyd olunub ki, aparılan araşdırmalar zamanı şikayət qismən təsdiqini tapıb.

MSK üzvü İlkin Şahbazov həmin dairə üzrə 1, 2, 3, 4, 18, 30, 35 saylı seçki məntəqələrində səsvermənin nəticəsinin etibarsız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Mixail Zabelindir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti