...

MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxır (ƏLAVƏ OLUNUB - 3)

Siyasət Materials 19 Fevral 2020 17:43 (UTC +04:00)
İclası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıq elan edib
MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxır (ƏLAVƏ OLUNUB - 3)

İlk xəbər saat 16:06-da yayımlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb.

Trend-in məlumatına görə, iclası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıq elan edib.

38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsi ilə bağlı daxil olan müraciət baxılması üçün müvafiq dairə seçki komissiyasına göndərilib.

XXX

İclasda daha iki Seçki Dairəsindən daxil olmuş müraciətlərə baxılıb.

İclasda 97 saylı Goranboy-Ağdam-Tərtər və 108 saylı Ağstafa Seçki dairələrindən daxil olmuş müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsinə qərar verilib.

Bundan başqa, 51 saylı Qusar Seçki Dairəsi üzrə daxil olmuş şikayət və müraciətlərə baxılıb. İclasda daxil olmuş şikayət və müraciətlərin araşdırılması üçün müvafiq DSK-ya göndərilməsinə qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti