...

Türk Şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

Siyasət Materials 25 Fevral 2020 14:30 (UTC +04:00)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xocalı soyqırımının qurbanlarının xatirəsini dərin hörmətlə anır və Azərbaycan hökumətinə və xalqına başsağlığı verir
Türk Şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

Bakı. Nərgiz Sadıxova - Trend:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xocalı soyqırımının qurbanlarının xatirəsini dərin hörmətlə anır, Azərbaycan hökumətinə və xalqına başsağlığı verir.

Trend-in məlumatına görə, bunu qurumun baş katibi Baqdad Amreyev deyib.

O əlavə edib ki, Türk Şurası Azərbaycan hökumətini “Xocalıya ədalət” ümumdünya məlumatlandırma kampaniyasında dəstəkləyir.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti