...

Naqif Həmzəyev Gürcüstanın Gəncədəki Baş konsulu ilə görüşüb (FOTO)

Siyasət Materials 4 Mart 2020 11:00 (UTC +04:00)
YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili ilə görüşüb.
Naqif Həmzəyev Gürcüstanın Gəncədəki Baş konsulu ilə görüşüb (FOTO)

Bakı. Trend:

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə tarixin sınaqlarından keçmiş Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərindən söz açılıb, bu əlaqələrin hər zaman xalqlarımız, dövlət rəhbərlərimiz tərəfindən daim möhkəmləndirildiyi qeyd edilib.

Azərbaycan və Gürcüstanın nümunəvi mehriban qonşuluq münasibətlərinin bu gün yüksələn xətlə inkişaf etdiyindən söhbət açan millət vəkili Naqif Həmzəyev ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivlərinə, hər iki dövlətin birgə iştirakı ilə həyata keçirilən layihələrin əhəmiyyətinə toxunub.

Azərbaycan və Gürcüstanın yüksək səviyyədə olan əməkdaşlıq imkanlarının qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynadığını bildirən baş konsul Nikoloz İaşvili səmimi qarşılanmaya görə təşəkkür edib.

Görüşdə hər iki ölkənin qardaşlaşmış şəhərləri-Gəncə ilə Kutaisi əməkdaşlığından söz açılıb, bu münasibətlərin gələcəkdə, xüsusən gənclər arasında mövcud əlaqələrin daha da genişləndirilməsi üçün müzakirələr aparılıb.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti