...

Misirdəki Azərbaycan səfirliyində "qaynar xətt" yaradıldı

Siyasət Materials 16 Mart 2020 21:38 (UTC +04:00)

Bakı. Trend:

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımız üçün “qaynar xətt” yaradıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Misirdəki diplomatik missiyamızda bu ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşları üçün 24 saat açıq olan “qaynar xətt” ( +20 1029490486) yaradılıb.

Misirdə fəaliyyət göstərən diaspor təşkilatı da "qaynar xətt"lə əlaqədar Qahirə universitetlərində təhsil alan tələbələri məlumatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti