Sahil Kərimli: Prezident İlham Əliyevin hədəfi ölkəmizi bu vəziyyətdən az itkilərlə çıxarmaqdır

Sahil Kərimli: Prezident İlham Əliyevin hədəfi ölkəmizi bu vəziyyətdən az itkilərlə çıxarmaqdır

Bakı. Trend:

Azərbaycan xalqı tarixən bütün sınaqlardan üzüağ, alnıaçıq, başıuca çıxıb. Şübhə yoxdur ki, hazırda dünyada tüğyan edən koronavirus bəlasını da ölkəmiz uğurla dəf edəcək. Ən başlıcası isə odur ki, vəziyyət şəxsən Prezident İlham Əliyevin ciddi nəzarətindədir. Azərbaycan güclü dövlətdir və bu gün ölkəmizin, vətəndaşlarımızın zərər çəkməməsi üçün bütün imkanlar səfərbər edilib. İlk gündən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Prezident İlham Əliyevin tapşırığı ilə ictimaiyyət görülən tədbirlərlə bağlı mütəmadi olaraq məlumatlandırılır. Ölkədə xüsusi karantin rejimi elan olunub. Virusa yoluxmuş şəxslərin müalicəsi üçün ən müasir şərait yaradılıb. Vaxtında yeni tibbi avadanlıqlar, laboratoriyalar, testlər alınıb.

Ölkə başçısı Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıb və fonda 20 milyon manat vəsait ayırıb. Prezident İlham Əliyevin, ardınca isə Birinci vitse-prezident Mehriban Əliyevanın 1 illik əmək haqlarını fonda bağışlaması cəmiyyətimiz üçün örnək olub. Bu humanist addıma dəstək kimi dövlət qurumları, şirkətlər, hüquqi və fiziki şəxslər fonda ianələr veriblər. Artıq fondda kifayət qədər böyük məbləğ toplanıb. Bütün bunlar milli həmrəyliyin, yüksək vətəndaşlıq mövqeyinin, cəmiyyətimizdə formalaşmış böyük humanizm və mərhəmət hissinin göstəricisidir. Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüş bu təşəbbüs eyni zamanda bütün dünya ölkələri - bəşəriyyət və insanlıq üçün əvəzsiz nümunədir.

Prezident İlham Əliyevin pandemiyanın ölkəmizə mənfi təsirlərini aradan qaldırmaq məqsədilə 1 milyard manat vəsait ayırmasını isə xüsusilə vurğulamaq lazımdır. Bu addım, şübhəsiz ki, iqtisadiyyatımızın stumullaşmasına böyük töhfə verəcək. Prezident İlham Əliyevin əsas məqsədi bu çətin məqamda sahibkarlığa dəstək göstərmək, yarana biləcək məşğulluq problemini həll etmək, makroiqtisadi sabitliyi qoruyub saxlamaqdır. Beləliklə, tam əminliklə demək olar ki, Azərbaycan bu nümunəvi addımı ilə də regionda birinciliyə imza atdı.

Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanında yer olub. Xüsusilə də ən çətin məqamlarda. Prezident İlham Əliyev dar gündə həmişə xalqına arxa, dayaq olub, ona həm maddi, həm mənəvi dəstək göstərib. Vətəndaş amili dövlət üçün prioritet təşkil edib, ön planda dayanıb. Biz bu gün də - ölkəmizin və xalqımızın növbəti sınaq qarşısında olduğu bir zamanda da bu siyasətin şahidiyik.
Dünyada koronavirusla bağlı gedən proseslər göz önündədir. Hətta bəzi inkişaf etmiş ölkələrdə yoluxma və ölüm sayları durmadan artır, vəziyyət nəzarətdən çıxır, infeksiya faicəvi hal alır, dövlətlər aciz duruma düşür. Azərbaycanda isə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyət tam nəzarətdədir. Dövlət bütün imkanlarını virusun yayılmasının qarşısını almağa, ölüm hallarının baş verməməsinə yönəldib.

Lakin, bütün bu prosesdə sözsüz ki, vətəndaşlar da dövlətin yanında olmalı, görülən bütün tədbirləri birmənalı dəstəkləməli, qəbul edilən hər bir qərara ciddi əməl etməldir. Bu gün bütün Azərbaycan həmrəy olmalıdır. Unutmayaq ki, milli həmrəylik milli təhlükəsizliyimizin əsas şərtidir. Belə bir deyim var - ailə kiçik dövlətdir. Bu gün Prezident İlham Əliyev var gücü ilə öz ölkəsini, vətəndaşlarını necə qorumağa çalışırsa, hər bir ailə başçısı da ailə üzvlərini, övladlarını qorumalı, insanlar ölkədə tətbiq olunan xüsusi karantin rejimini anlayışla qarşılamalı, yeni qaydalara riayət etməldir. Çünki atılan hər bir addım, qəbul edilən hər bir qərar, qoyulan qadağa və məhdudiyyətlər Azərbaycan vətəndaşlarının sağlamlığı üçündür. Məqsəd faciənin miqyasını minimuma endirmək, ölkəmizi təhlükəli virusdan qorumaq və hadisələrin mənfi istiqamətdə inkişafının qarşısını almaqdır.

Koronavirusla mübarizədə həkimlərin, tibbi personalın da xidmətlərini vurğulamaq lazımdır. Çünki, bu gün həkimlərimiz həqiqətən də xüsusi qəhrəmanlıq, fədakarlıq göstərirlər. Baxmayaraq ki, sağlamlıqları risk altındadır, vəzifə borclarını layiqincə yerinə yetirirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev xəstələrə qulluq edən həkimlərin də əməyinə layiqli qiymət verdi və onların maddi vəziyyətinin yaxşılaşdırılması üçün əməkhaqlarını bir neçə dəfə artırdı.

Yəni, Azərbaycan Prezidentinin atdığı hər bir addım, vaxtında qəbul etdiyi qabaqlayıcı qərarlar dünya ölkələri üçün müsbət praktika, effektli nümunə ola bilər.

Prezident İlham Əliyevin hədəfi ölkəmizi bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxarmaqdır. Danılmaz həqiqətdir ki, Azərbaycanda həmişə möhkəm və sarsılmaz xalq-iqtidar birliyi olub. İlham Əliyevin siyasəti xalq tərəfindən daim müdafiə edilib və bu gün də bu dəstək ortadadır. Şübhə yoxdur ki, bu dəstək, həmçinin vətəndaş məsuliyyəti, milli birlik dövlətimizin gücünə güc qatacaq və Azərbaycan tezliklə bu xəstəliyə qalib gələcək.

Sahil Kərimli

Trend İnformasiya Agentliyinin baş direktor müavini

"Twitter"in işində qüsurlar yaranıb
"Twitter"in işində qüsurlar yaranıb
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
Loading Bars
Xəbər lenti
Yeni Zelandiya hökuməti “omikron” ştamına görə maksimum həyəcan səviyyəsi elan edib
Dövlət tərəfindən görülən tədbirlər süni qiymət artımının qarşısını alır - TƏHLİL
Yaponiyanın Fukusima-1 AES-də sızıntı qeydə alınıb
Türkiyədə ötən sutka koronavirusa 72 mindən artıq yoluxma qeydə alınıb
"TikTok"un işində fasilələr yaranıb
Peruda neft dağılan ərazilərdə fövqəladə vəziyyət elan edilib
"Lamborghini" şirkəti "Aventador" modelinin varisini təqdim edəcək
Berluskoni İtaliya prezidentliyinə namizəd olmamaq qərarına gəlib
Enerji məsələləri üzrə Avropa komissarı Azərbaycana səfər edəcək
Türkiyə növbəti "3+3" formatında görüşə ev sahibliyi etməyi planşdırır - Ərdoğan
Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib
Azərbaycanlı musiqiçi intihar etdi
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Sauthempton"la heç-heçə edib
İran Türkiyə ilə uzunmüddətli əlaqələri qurmaq istəyir - Rəisi
Türkiyə Silahlı Qüvvələri 10 PKK terrorçusunu zərərsizləşdirib
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
ABŞ Ukraynadan diplomatların təxliyəsinin başlama tarixini açıqlayıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub
“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
Bərdədə 32 yaşlı kişi güllələnib
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Qeyri-neft sektorunda rekord göstəricilər - Azərbaycanın iqtisadi strategiyasının uğurunun sirri nədir?
Əfqanıstanda partlayış olub, ölənlər var
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib
Ankaradakı Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib (FOTO)
Yasamalın bu hissəsi tullantılardan təmizlənib
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Ötən il Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 614 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib
Bakıda 2 narkotacir və 4 narkokuryer saxlanılıb (VİDEO)
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
Pakistan sahillərində iki qayıq toqquşub, 30-dan çox itkin var
Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul etdi
Komando hərbi hissəsində təlim məşqləri keçirilib (VİDEO)
Bakıda polisin üstünə avtomobil sürərək qaçmaq istəyən narkotacir saxlanıldı (FOTO/VİDEO)
İranda daha 30 nəfər koronavirusdan ölüb
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Son bir ildə 114 uşaq övladlığa verilib
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir
DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib
Nərimanovda bina yanır (VİDEO)
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkmilləşdirilir
Ötən il Bakıda 50 qəsdən adamöldürmə hadisəsi baş verib - Şəhər prokurorluğu
Rusiyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Bakıda tikilməkdə olan binada başlayan yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı Birgə Texniki Komissiyanın növbəti iclası keçirilib
Bakı şəhər prokurorluğunun 14 əməkdaşı cəzalandırılıb
Ötən il Bakıda 6500-ə yaxın cinayət işinin istintaqı tamamlanıb
Bakıda ölümlə nəticələnən yol qəzaları artıb
Ötən il Bakıda 12 min 761 cinayət hadisəsi baş verib - İlqar Abbasov
S&P Azərbaycanda 2025-ci ilədək inflyasiya proqnozlarını açıqlayıb
S&P manatın dollara mövcud nisbətdə bağlılığını təsdiq edib
Bazar günü hava necə olacaq?
Yeni hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib etdi
“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub
S&P Azərbaycan dövlət büdcəsinin profisiti ilə bağlı proqnozu açıqlayıb
Hindistanda yaşayış binasında yanğın, 10-a yaxın ölü var
Hazırda "omikron" dünyada qriplə bərabər yayılır
S&P agentliyi Azərbaycanın kredit reytinqini BB+/B səviyyəsində təsdiq edib
Samur-Abşeron kanalında tank və top mərmiləri aşkarlanıb (FOTO/VİDEO)
S&P Azərbaycan və Türkiyə Mərkəzi bankları arasında mümkün svop sazişini şərh edib
Ötən gün evini tərk edən 11 koronavirus xəstəsi küçədə yaxalanıb
Toyda karantin qaydalarını pozan şəxs həbs edildi
Ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının daha da genişləndirilməsinə nail olmalıyıq - Vüqar Rəhimzadə
Ötən gün 23 yanğına çıxış olub, 10 nəfər xilas edilib
Krasnodar hava limanı bağlanıb
Azərbaycan və İran arasında razılaşma əldə olunub (FOTO)
Qarabağa avtobusla səfər edənlərin bileti belə olacaq (FOTO)
Azərbaycan futzalçıları bu gün Avropa çempionatında ilk matçına çıxır
Səhiyyə qurumları vətəndaşlara çağırış etdi
Azərbaycanda koronavirus xəstələrinin karantində qalma müddəti azaldılır
“Avrora" Qrup uşaq sığınacaqlarında məskunlaşan uşaqları sevindirib (FOTO)
Alyaskada güclü zəlzələ olub
Azərbaycan nefti ucuzlaşıb
Masallıda yataq xəstəsi evdə yanaraq ölüb
Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir - Agentlik
Bitkoinin qiyməti son beş ayda ən aşağı səviyyəyə düşüb
Braziliyada çatdırılmanı dronlara yerinə yetirməyə icazə verilib
İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
Hulusi Akar Suriya və İraqla sərhəddəki bölmələrə baxış keçirib
Almaniyada minimum əmək haqqının artırılması məşğulluğa təsir etməyəcək - nazir
Arnold Şvartsenegger Kaliforniyada ağır yol qəzası törədib (FOTO)
ABŞ-da məktəbdə şagird güllələnib
ÜST 12 yaşadək yeniyetmələrə azaldılmış dozada Pfizer peyvəndini tövsiyə edib
Meksikada oteldə atışma nəticəsində iki Kanada vətəndaşı öldürülüb
Ənənəvi Braziliya karnavalları koronavirus səbəbindən təxirə salınıb
Yaponiyada baş verən zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb
Gürcüstan Rusiya ilə hava əlaqəsinin bərpasını müzakirə etməyə hazır olduğunu bildirib
ABŞ-ın ən yaşlı sakini 115 yaşında vəfat edib
Belçikada koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılır
Dünyada koronavirusa yoluxanların sayı 340 milyonu ötüb
NATO Aralıq dənizində təlimlərə başlayır
Amerikanın Atlas V raketi Pentaqonun kəşfiyyat peyklərini orbitə çıxarıb
Bütün xəbərlər