...

Spiker: Deputatların iclaslarda tibbi maskalardan istifadə etmələri özlərindən asılıdır

Siyasət Materials 30 Mart 2020 12:09 (UTC +04:00)
Milli Məclsin bu gün keçirilən iclasında deputat Novruzəli Aslanov bir sıra deputatların iclasda maska taxmasını məqsədəuyğun hesab etməyib.
Spiker: Deputatların iclaslarda tibbi maskalardan istifadə etmələri özlərindən asılıdır

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclsin bu gün keçirilən iclasında deputat Novruzəli Aslanov bir sıra deputatların iclasda maska taxmasını məqsədəuyğun hesab etməyib.

Trend-in məlumatına görə, deputat bildirib ki, maska, əsasən xəstələnmiş insan tərəfindən taxılmalıdır. O qeyd edib ki, parlamentdə xəstə insan olmadığına görə maska taxmağa gərək yoxdur.

Spiker Sahibə Qafarova isə bildirib ki, maska taxmaq məcburi deyil.

Milli Məclisin sədri vurğulayıb ki, deputatların tibbi maskalardan istifadə etməsi üçün parlamentdə iclas zalının girişində stolun üstünə tibbi maskalar qoyulub və kim istəsə, bu maskalardan istifadə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti