...

Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”i tanımır

Siyasət Materials 31 Mart 2020 13:50 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) işğal olunmuş Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır.

Trend-in məlumatına görə, bu barədə təşkilatın bəyanatında deyilir.

Qeyd olunur ki, 31 mart 2020-ci ildə Dağlıq Qarabağda keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə əlaqədar Aİ seçkilərin konstitusion və hüquqi çərçivələrini tanımadığını bir daha bəyan edir:

“Bu hadisə Dağlıq Qarabağın gələcək statusunun müəyyən olunmasına və ya davam edən danışıqlar prosesinin nəticəsinə ziyan vura bilər”.

Aİ ATƏT-in Minsk qrupunu, xüsusilə də həmsədrlərin mövcud status-kvonun çərçivələrindən kənara çıxan irəliləyişin nail olunmasına yönəlmiş səylərini və dayanıqlı sülhün əldə olunması üçün substantiv danışıqları qəti şəkildə dəstəklədiyini xatırladıb:

“Aİ bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə nizamlanmasına yönələn səyləri dəstəkləməyə hazırdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti