...

Məhəmməd Asif Nur: Pakistan işğal olunmuş Dağlıq Qarabağdakı qondarma “seçkilər”i, Ermənistanın destruktiv siyasətini pisləyir

Siyasət Materials 11 Aprel 2020 15:05 (UTC +04:00)
Pakistan 2020-ci il martın 31-də işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident və parlament seçkiləri”ni qətiyyətlə pisləyir
Məhəmməd Asif Nur: Pakistan işğal olunmuş Dağlıq Qarabağdakı qondarma “seçkilər”i, Ermənistanın destruktiv siyasətini pisləyir

Bakı. Mətanət Nəsibova - Trend:

Pakistan 2020-ci il martın 31-də işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident və parlament seçkiləri”ni qətiyyətlə pisləyir və bu faktı beynəlxalq hüquq prinsiplərinin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi dəyərləndirir.

Bunu Trend-ə pakistanlı politoloq Məhəmməd Asif Nur deyib.

O bildirib ki, Pakistan Ermənistanın Azərbaycana münasibətdə yürütdüyü siyasəti pisləyir, Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyir:

“Pakistanda dünyada yeganə dövlətdir ki, Ermənistanı tanımır və bu günədək Ermənistan-Pakistan münasibətləri qurulmayıb. Eyni zamanda Pakistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin fəallaşmasını dəstəkləyir. Bu məsələ Pakistana yaxındır, çünki ölkənin Kəşmir problemi mövcuddur. Bu münaqişələrin nizamlanmaması bütüm regiona təhdiddir və beynəlxalq terrorçuluğun genişlənməsi üçün şərait yaradır”.

Politoloq əlavə edib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda seçkilər yalnız Azərbaycan Konstitusiyasına uyğun olaraq və regionun bütün sakinlərinin iştirakı ilə keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti