...

Vüqar İskəndərov: Məqsədyönlü siyasət və düşünülmüş addımlar nəticəsində ölkəmiz postpandemiya dövründə də öz inkişafını davam etdirəcək

Siyasət Materials 16 Aprel 2020 10:59 (UTC +04:00)
Vüqar İskəndərov: Məqsədyönlü siyasət və düşünülmüş addımlar nəticəsində ölkəmiz postpandemiya dövründə də öz inkişafını davam etdirəcək

Bakı. Elçin Mehdiyev – Trend:

Məqsədyönlü siyasət və düşünülmüş addımlar nəticəsində ölkəmiz postpandemiya dövründə də öz inkişafını davam etdirəcək.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, öz inkişafına görə yerləşdiyi regionun lider dövləti olan Azərbaycanda ötən illərdə olduğu kimi, bu ilin üç ayı da uğurlarla yadda qalıb.

V.İskəndərov qeyd edib ki, aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə də vurğulandığı kimi, 2020-ci il Azərbaycan üçün uğurla başlayıb və bəhs edilən dövrdə inkişaf və tərəqqi müşahidə olunub:

“Prezident İlham Əliyevin müşavirədəki nitqində də bəyan etdiyi kimi, 2020-ci il uğurla başlayıb. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Beləliklə, həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində bu ilin üç ayında da istər ümumilikdə ölkəmizdə, istərsə də ayrı-ayrı regionlarda inkişaf və tərəqqi müşahidə olunub”.

Millət vəkili onu da əlavə edib ki, bununla belə, bu ilin üç ayı ərzində bütün dünyanı bürüyən koronavirus pandemiyası bizə də təsirsiz ötüşməyib:

“Koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Lakin bu məsələdə də ölkəmiz müsbət mənada fərqlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət, görülən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Respublikamızda digər məsələlərdə olduğu kimi, yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində də bütün addımlar düşünülmüş şəkildə atılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti