...

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur

Siyasət Materials 1 May 2020 15:17 (UTC +04:00)
Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur.
Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokolun təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Sənəddə qeyd olunur ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında" Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti