Əli Hüseynli: “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və SES-lərinin tikintisi, istifadəsi məsələsi ən yüksək səviyyədə tənzimlənir

Əli Hüseynli: “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və SES-lərinin tikintisi, istifadəsi məsələsi ən yüksək səviyyədə tənzimlənir

Bakı. Trend:

Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli son günlərdə yerli mətbuatda Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsi ətrafında yaranan müzakirələrlə bağlı KİV-ə müsahibə verib.

Trend müsahibəni təqdim edir.

-Son günlərdə yerli mətbuatda Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsi ətrafında müzakirələr yaranıb. Bildirilir ki, bu məsələ ilə bağlı Azərbaycan və İran hökumətləri arasında Saziş də imzalanıb. Sazişdə nə deyilir?

-Birincisi, "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istifadəsi məsələsi ən yüksək səviyyədə tənzimlənir. Bu barədə Azərbaycan və İran arasında beynəlxalq sənəd imzalanıb. İkincisi, Sazişdə BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsi bir daha dəqiq formada təsdiq edilir. Üçüncüsü isə, Saziş hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir. Yəni, hər iki hidroqovşaqdan və su elektrik stansiyalarından istifadə yalnız Azərbaycana və İrana məxsusdur.

Bütün bunlarla yanaşı, hazırkı dövlət sərhəd xətti hidroqovşaqlar su ilə doldurulduqdan suyun səthində müəyyən ediləcək, nişanlanacaq və hər iki ölkənin dövlət sərhədi olacaq. Yəni, su elektrik stansiyalarından 3-cü dövlətin istifadəsi mümkün deyil. Saziş və ya sazişin müddəaları ilə tanış olmaq istəyənlər e-qanun.az internet səhifəsinə daxil olaraq beynəlxalq sənədlə tanış ola bilərlər.

-Bəs Sizcə bu qurğuların tikintisi hansı zərurətdən irəli gəlir və indiki geosiyası vəziyyətdə İran-Azərbaycan münasibətlərinə bu məsələ necə təsir göstərə bilər?

-Qeyd edilən hidroqovşaqların tikilməsi məsələsi yeni məsələ deyil. Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tarixçəsi keçmiş SSRİ dövrünə təsadüf edir. 1988-ci ildə isə SSRİ və İran arasında iqtisadi, ticarət və elmi-texniki əməkdaşlıq haqqında uzunmüddətli Saziş bağlanıb və həmin Sazişə əsasən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının tikintisi və istismarı üzrə qarşılıqlı razılıq əldə edilib. Daha sonra texnoloji avadanlıqların köhnəlməsi və istehsalatdan çıxarılması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci ildə verdiyi tapşırığa əsasən müstəqil ekspert qrupu yaradılıb və layihələr yenidən işlənib. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra Azərbaycanla İran arasında bu istiqamətdə əməkdaşlıq dayandırılıb. Sonrakı dövr ərzində yuxarıda qeyd edilən hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər İran tərəfindən aparılıb. 2016-cı ilin fevralında isə Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Bu, məhz iki dövlət arasında dostluq münasibətlərinin nəticəsində baş tutub.

-Bəs nə üçün bu Saziş 4 il sonra mətbuatın gündəminə düşüb? Bunu səbəbi nədir?

-Görünür, həmin ərazilərdə aparılan intensiv işlər Ermənistan və ölkəmizə düşmən mövqeyi tutanları qıcıqlandırıb. Eyni zamanda, yerli ictimaiyyətdə bu məsələ ətrafında gedən proseslərə nəzər saldıqda dövriyyəyə buraxılmış bir sıra fikirlərin məlumatsızlıqdan və qeyri-peşəkarlıqdan qaynaqlandığını demək mümkündür. Həmçinin bu məsələyə münasibət bildirən bir sıra "ekspertlərin" siyasi və hüquqi savadı aşağı səviyyədədir. Lakin bilərəkdən bu kampaniyada iştirak etmək və ya tərkib hissəsi olmaq yolverilməzdir.

Məsələ isə kifayət qədər aydın və birmənalıdır. 2016-cı ilin fevral ayında imzalanmış Saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan və onu qəbul edən beynəlxalq sənəddir. Bu saziş dövlətimizin işğal olunmuş əraziləri üzərində suveren hüquqlarını və yurisdiksiyasını təsdiq edən sənəddir. Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və qəbul edən istənilən fikir, bəyanat, beynəlxalq təşkilatların qətnamələri və xüsusən iki dövlət arasında imzalanmış beynəlxalq sazişlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına ağır zərbədir.

“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
“Azəripək” MMC-nin inkişaf strategiyasının formalaşması üzrə işlər aparılır
Sabahdan milli parklar ziyarətçilər üçün açıq olacaq
Rusiyada daha 612 nəfər koronavirusdan öldü
Ov mövsümü başlayır
BTC ilə ötən il nəql edilən neftin həcmi açıqlanıb
Benilüks Azərbaycanlıları Konqresi niderlandlı deputatlara müraciət edib
Liviyada həbsdə olan 2 azərbaycanlı vətənə geri qayıdıb - XİN
1 saylı Körpələr Evində nöqsanlar aşkarlanıb (FOTO)
Serbiya 2023-cü ildə Azərbaycan qazını ala bilər
Ən çox qar bu rayonlara yağıb
Rusiyada 8 xidmət yoldaşını qətlə yetirən əsgərə 25 il həbs verildi
DİN saxta profillərlə bağlı xəbərdarlıq etdi
Parlament investorlara əlverişli şərait yaratmaq üçün qanunvericilik bazasına yenidən baxır
“Regional İnkişaf” İctimai Birliyi yeni portal istifadəyə verib (VİDEO)
Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar yatırım edəcək
Temperatur normadan 2 dərəcə aşağı enib, aran rayonlarında da şaxta olub
Qarlı hava neçə gün davam edəcək?
Hesab.az-ın 2020-2021 illərdə fəaliyyət strategiyası
Kapital Bank 2020-ci ilin nəticələrini elan edib
BTQ ilə yükdaşımalarda ilk dəfə örtülü vaqonlardan istifadə edilib (FOTO)
Regionda yolların açılması Yerevanın xeyrinə olacaq - Ermənistan baş nazirinin müavini
Bu yollar buz bağlayıb - SİYAHI
İran xarici işlər nazirinin Azərbaycana səfər tarixi və proqramı məlum oldu (ÖZƏL)
Türkiyə şirkətləri azad edilmiş ərazilərin bərpasına dəstək üçün Azərbaycana gəlib (FOTO)
Xətai RİH-də qərargah yaradılıb - Səbəb qarlı hava
Xınalıq yolu buz bağladı
Masazırda gizli işləyən kafe aşkarlandı, 10 nəfər saxlanıldı (FOTO/VİDEO)
Bakıda 20 Yanvar günü fişəng atan şəxs saxlanıldı (VİDEO)
Tərtərdə gizli fəaliyyət göstərən kafe aşkarlandı
BNA sürücülərə xəbərdarlıq etdi, sürət həddi 40 km\saat azaldıldı
Qaxda narkotik alverçisi silahla yaxalandı (FOTO)
Şabranda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib
Ağsu sakini həmkəndlisini güllələyib
Bu il Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neft nəql ediləcək
Bakı Slavyan Universitetinin müəllim və tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
“Eliş” ləqəbli narkotacir saxlanıldı, 300 min manatlıq narkotik aşkarlandı (FOTO)
Qazi kiçik biznesini qurması üçün özünüməşğulluq proqramına cəlb edilib (FOTO)
Bu gündən şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb
Şabranda qanunsuz ov edən şəxslər saxlanıldı
Azərbaycanda ölüm hallarının sayı açıqlanıb
“Rabitəbank” 2020-ci ili 12% artımla başa vurub (FOTO)
Ağsu aşırımında yol buz bağladı, avtomobillərin hərəkəti çətinləşdi
Baş Prokurorluğun "İnstagram" səhifəsi rəsmi təsdiqləndi
Ronaldu daha bir rekorda imza atdı
Bakıya ilk qar yağdı (FOTO)
Yanvarın 21-də xarici valyutaların manata qarşı məzənnələri
Qanunsuz ov edən və ov məhsullarını satan şəxslər cəzalandırılıb
Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
Portuqaliyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə ticarət dövriyyəsi artıb - Statistika
Nyu-Yorkda hərbi helikopter qəzaya uğrayıb
Bayden bir sıra sərəncamlar imzaladı - ABŞ ÜST-yə qayıdır, Paris İqlim Sazişi çərçivəsində öhdəliklərini yenidən üzərinə götürür
Almaniyada təkrar koronavirusa yoluxan şəxs ölüb
İsraildə koronavirusa yoluxanların sayı 574 min nəfəri ötüb
ÜST: Dünyada ötən sutka koronavirusa 496 mindən çox yoluxma qeydə alınıb
"Yuventus" doqquzuncu dəfə İtlaiya Super Kubokunun qalibi oldu
Britaniyada bir sutkada koronavirusdan 1 820 nəfər ölüb
Bayden Den Smiti dövlət katibi təyin edib
Türkiyədə son sutkada koronavirusdan 5 932 nəfər sağalıb
MDU-nun tələbə gəncləri 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
“Məqsəd o idi ki, Azərbaycan xalqının iradəsi sınsın, amma alınmadı” - 20 Yanvar faciəsinə xarici ekspertlərin baxışı “Hədəf”də
Çin ABŞ-ın 28 vətəndaşına qarşı sanksiya tətbiq edib
Ombudsman Aparatının əməkdaşı 20 Yanvar faciəsinə həsr edilmiş videokonfransda iştirak edib
Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov
Türkiyədə koronavirusa qarşı vaksinasiya olunanların sayı 1 milyonu ötüb
Ombudsmanın regional mərkəzləri tərəfindən 20 Yanvar faciəsi ilə bağlı onlayn tədbirlər keçirilib (FOTO)
Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi
Bakıda yataqxana binasında yanğın olub
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bütün xəbərlər