...

Rusiyalı ekspert: Paşinyanın babasının nasistlərlə əməkdaşlığının üzə çıxması yeni rəhbərliyin qərar vermə modelinə uyğundur

Siyasət Materials 12 May 2020 13:38 (UTC +04:00)
Paşinyanın babasının nasistlərlə əməkdaşlığı Ermənistan rəhbərliyinin faşizmi qəhrəmanlaşdırmaq niyyətini izah edir
Rusiyalı ekspert: Paşinyanın babasının nasistlərlə əməkdaşlığının üzə çıxması yeni rəhbərliyin qərar vermə modelinə uyğundur

Bakı. Hüseyn Səfərov - Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın babasının nasistlərlə əməkdaşlıq etməsi barədə məlumat ölkənin yeni rəhbərliyinin ümumi davranış və qərar vermə modelinə uyğundur.

Bunu Trend-ə rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov deyib.

O bildirib ki, əgər bu məlumatlar doğrudursa, o zaman çox məsələ izah olunur:

“İlk növbədə bu, Paşinyanın dünya ictimaiyyətinin və Rusiyanın faşist əlaltılarının qəhrəmanlaşdırılması və milli üstünlük ideologiyasının qəbulolunmazlığı çağırışlarına qulaq asmamaq niyyətini izah edir. Bu məlumat, həmçinin Ermənistanın yeni rəhbərliyinin ümumi davranış və qərar vermə modelinə uyğundur. Belə ki, ölkə bilərəkdən faşizm üzərində qələbənin 75 illiyini qeyd etməmək qərarı verib. Bu, həm də Ermənistanın son zamanlar faşist Almaniyası üzərində qələbədə SSRİ-nin rolunu şübhə altına almağa çalışan Qərbin “qucağına” tezliklə düşmək niyyətini izah edir”.

Ekspert hesab edir ki, yeni xəbərlə bağlı yaranmış informasiya bumu Ermənistan rəhbərinin özündə də şoka səbəb olub, belə ki, o, əvvəllər babasının “müharibə qəhrəmanı” olduğunu deyirdi:

“Təbliğatın bizə təqdim etdiyi müasir tarixi mülahizədə ola bilər ki, erməni baş nazirinin babası onun özü üçün qəhrəman olsun. Amma belə çıxır ki, o, Şuxeviç, Bandera, Qaregin Njde, Dro kimi şəxslərlə bir sıradadır. Fikrimcə, Nikol Paşinyan özü də babasının adı ətrafında bu qədər ajiotaj gözləmirdir. O zaman sual olunur ki, respublikanın xüsusi xidmətləri nəyə lazımdır? Belə çıxır ki, Ermənistan xüsusi xidmətləri tamamilə nüfuzdan düşüb. Niyə onlar məlumatı yoxlamayıb və Paşinyanı öz əcdadını xatırlamaq niyyətini dayandırmayıb? Çox böyük ehtimalla xüsusi xidmətlərin özünün təxribatı işə düşüb. Belə ki, onlar xalq qarşısında vədlərini yerinə yetirmədiyi və güc strukturlarına bir çox problemlər yaratdığı üçün lideri siyasi olimpdən uzaqlaşdırmaq niyyətində ola bilər. O zaman ehtimal etmək olar ki, Yerevanda Azərbaycanla sülh arzulayan qüvvələr var və onlardan bir qismi xüsusi xidmət orqanlarındadır. Əks halda baş nazirin qohumunun tərcümeyi-halının ətrafında bu cür səs-küyü izah etmək mümkün deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti