...

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiqlənib

Siyasət Materials 13 May 2020 15:24 (UTC +04:00)
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiqlənib

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların qəbulu sahəsində operativliyin təmin edilməsi və vətəndaş müraciətlərinə baxılma işində səmərəliliyin artırılması məqsədilə qərara alınır:

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və yerli icra hakimiyyəti orqanları videoqəbulların təşkili və həyata keçirilməsi üçün zəruri tədbirlər görsünlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti