...

Hikmət Hacıyev: Azərbaycan və Rusiya vətəndaşlarının sərhəd-keçid məntəqəsindən qarşılıqlı keçidi təmin edilir

Siyasət Materials 13 May 2020 17:34 (UTC +04:00)
Hikmət Hacıyev: Azərbaycan və Rusiya vətəndaşlarının sərhəd-keçid məntəqəsindən qarşılıqlı keçidi təmin edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Koronavirus pandemiyası dövründə də Rusiya vətəndaşlarının Azərbaycanda, Azərbaycan vətəndaşlarının Rusiyada olmasını nəzərə alaraq vətəndaşların sərhəd-keçid məntəqəsindən qarşılıqlı keçidi təmin edilir.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan Rusiya vətəndaşlarının öz ölkələrinə getməsi üçün lazımi şərait yaradıb.

O qeyd edib ki, Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi xüsusi qrafik üzrə həyata keçirilir. Ona görə də vətəndaşların sərhəd-keçid məntəqələrinə gələrək dövlət qurumlarının fəaliyyətinə mane olmağına gərək yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti