Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin mayın 19-da keçirilməsi nəzərdə tutulan plenar iclasının gündəliyi məlum olub.
Trend-in məlumatına görə, icasın gündəliyinə 19 məsələ daxildir.
İclasın əvvəlində insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək. Daha sonra Miqrasiya Məcəlləsinə, Cinayət-Prossesual Məcəlləsinə, Vergi Məcəlləsinə, “Turizm haqqında”, “İcra məmurları” haqqında və digər qanunlara dəyişikliklər müzakirə ediləcək.