Bakı. Samir Əli – Trend:
Hazırda Azərbaycanda 134 min 298 nəfər əcnəbi yaşayır.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən onlayn brifinqdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, həmin şəxslər daha çox Rusiya, Gürcüstan, İran vətəndaşlarıdır:
“Ölkədə olan digər miqrantlar isə başqa ölkələrin vətəndaşlarıdır. Pandemiya ölkəmizdə əcnəbilərin olmasına da mənfi təsir göstərib”.