...

İordaniyanın Kralı Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 27 May 2020 12:43 (UTC +04:00)
İordaniyanın Kralı Prezident  İlham Əliyevi təbrik edib

Bakı. Trend:

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti