Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

Bakı. Trend:

Sosial şəbəkələr haqqında bu günə qədər həm publisistik, həm də elmi yazılar olub, araşdırmalar aparılıb, onun real vəziyyəti və perspektivi barədə müxtəlif fikirlər, qənaətlər səsləndirilib. Lakin çox az insan gözləyirdi ki, sosial şəbəkələr “virtual terror” platformasına çevriləcək. Doğrudur, sosial şəbəkələr yaradılarkən onların əsas funksiyası insanlar arasında ünsiyyət əlaqəsini daha da sıxlaşdırmaq idi. Amma zaman keçdikcə siyasətin, biznesin, psixoloji hücumların, hətta siyasi inqilabların sosial şəbəkələrə sirayət etməsi bu seqmentin mahiyyətini və funksiyasını tamamilə dəyişdi. Elə bu səbəbdəndir ki, artıq dünya ictimaiyyətində sosial şəbəkələrlə bağlı mənfi qənaət formalaşıb.

Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, sosial şəbəkələrin yaratdığı problemlər artıq dövlətləri və iri şirkətləri də narahat etməyə başlayıb və bu səbəbdəndir ki, bir sıra ölkələrdə sosial şəbəkələr ya qismən, ya da tamamilə qadağan edilib: “Banqladeşdə "Facebook" 2010-cu ildə qadağan edilib. Səbəb isə dinsizliyin təşviqatıdır. Çində də sosial şəbəkə və dünyada populyar olan platformaların bir çoxu ya tam, ya da qismən bloklanıb. Çin hökumətinin qurduğu “Qızıl qalxan” sistemi kontentin filtrlənməsi ilə məşğuldur. “Google”, “Facebook”, “Twitter”, “YouTube”, “Instagram” kimi məşhur şəbəkələr Çində bloklanıb. “Qızıl qalxan”ın 2 milyona qədər əməkdaşı var. Hər gün milyonlarla müxtəlif məzmunlu sorğular monitorinq edildikdən sonra internetə buraxılır. Misirdə də baş verən qarşıdurmalar və etiraz aksiyalarında "Facebook" böyük rol oynayıb. Nəticədə 2010-cu ildə bu ölkədə "Facebook"a giriş məhdudlaşdırılıb. Şimali Koreyada, ümumiyyətlə, "Facebook", "Twitter" və "YouTube" kimi bütün saytlar bağlıdır. İranda 2009-cu ildəki prezident seçkilərindən sonra ölkədə müxalifətin birləşməsi əsas gətirilərək "Facebook"a giriş kəsilib. Daha sonra "Twitter" bağlanıb. Mərakeşdə kral VI Məhəmməd adına yaradılan saxta səhifələrə görə tez-tez sosial şəbəkəyə girişdə çətinliklər yaranıb. Birləşmiş Ərəb Əmirliklərində də saytlar filtrlənir, bəzən siyasi səbəblərdən də bloklanma olur. Ölkənin bəzi hissələrində, xüsusilə də Dubayda turizm və ticarətin inkişafını təmin etmək üçün nisbətən azad internetə rast gəlinir. “Twitter”, “Facebook”, “YouTube” kimi böyük platformalara qarşı da ara-sıra qadağalar tətbiq edilir. “Flickr”, “Skype”, «VKontakte» kimi böyük servislərə də uzun müddətli qadağa qoyulub. Bütün bu ölkələrlə yanaşı, Rusiya, Türkmənistan, Özbəkistan, Tacikistan, Türkiyə və başqa ölkələrdə də sosial şəbəkələr ya qadağan edilib, ya da onlara giriş məhdudlaşdırılıb.

Göründüyü kimi, ayrı-ayrı ölkələrdə sosial şəbəkələrə girişin məhdudlaşdırılmasının səbəbləri demək olar ki, eynidir. Saxta profillər, səhifələr, yalan məlumatlar, ictimai rəyi çaşdırmaq, dağıdıcı inqilablara təşviq, mənəvi terror, həmçinin silahlı qarşıdurmalara və terrora çağırış və s. səbəblərə görə müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrdə sosial şəbəkələr qadağan edilib. Problemə ümumi yanaşdıqda bir daha əmin oluruq ki, sosial şəbəkələr son zamanlar ünsiyyət vasitəsindən daha çox siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib”.

“Sosial şəbəkələrdəki məlumatlara, paylaşımlara görə məsuliyyət məsələsi artıq ABŞ-da da gündəmə gəlib” deyən Vüqar Rəhimzadə əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətini tənzimləməyə kömək edəcək və onların məsuliyyətdən müdafiə hüququnu ləğv edəcək fərman imzalayıb: “Donald Tramp tərəfindən imzalanan sənəd ABŞ-da xüsusən sosial şəbəkələrdə davranış qaydalarını müəyyən edən qanunun 230-cu bəndini qüvvədən salacaq. Bu, internet şirkətlərini yaratdıqları platformalarda yerləşdirilən mesajların məzmununa görə məsuliyyətdən azad edir. Beləliklə, sözügedən bənd “Twitter” və “Facebook” şirkətlərini hər hansı bir paylaşıma görə böhtan və ya şərəf və ləyaqətin alçaldılması kimi mümkün ittihamlardan qoruyur. Bununla yanaşı, sözügedən qanun sosial şəbəkə şirkətlərinə həmin paylaşımları redaktə etmək icazəsini tanıyır. Lakin həmin bənd qüvvədən düşdükdən sonra sosial şəbəkə şirkətlərinin toxunulmazlıqları da aradan qaldırılacaq və istər sosial şəbəkə şirkətləri, istərsə də sosial şəbəkə istifadəçiləri yazılan statuslara, postlara görə məsuliyyət daşıyacaqlar”.

Baş redaktor bildirib ki, artıq Azərbaycanda da sosial şəbəkələrdəki fəaliyyətə görə məsuliyyətə cəlb olunma qanunvericiliyi və prosedurları tətbiq edilməsinin vaxtı çatmışdır: “Əgər bu gün sosial şəbəkələrin və internetin başlanğıc götürdüyü ABŞ-da bu cür addımlar atılırsa niyə bu, Azərbaycanda da olmasın? Sosial şəbəkələri mənəvi terror və təhqir platformasına çevirmiş “virtual terrorçuların” cəzalandırılması zamanın tələbinə çevrilib. Əli Kərimli və cəbhə trolları, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Arif Məmmədov, Gültəkin Hacıbəyli, eləcə də Qabil Məmmədov, Məhəmməd Mirzəli, Orduxan Temirxan Azərbaycan ictimaiyyətinə yalan danışdıqları, şəxsiyyəti təhqir etdikləri, insanlarımızı mənəvi terrora məruz qoyduqları, hətta iğtişaşlara, fiziki məhv etməyə çağırışlar etdikləri üçün məsuliyyətə cəlb olunmalıdırlar. Bunun üçün milli və beynəlxalq qanunvericilik bazası formalaşdırılmalıdır. Təşəbbüslə çıxış edilməlidir və sosial şəbəkələrdəki mənəvi terrorun qarşısının alınması, bu fəaliyyəti həyata keçirənlərin cəzalandırılması mexanizmləri hazırlanmalıdır”

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, sosial şəbəkələrdəki “terror”un və təhqirin qarşısının alınması söz azadlığının məhdudlaşdırılması demək deyil: “Əgər mətbuatda, televiziyada kiminsə ünvanına təhqir ifadə olunursa, məsuliyyətə cəlb etmə, həmin media vasitəsinin cəzalandırılması olur və bu heç də söz və mətbuat azadlığının pozulması kimi qələmə verilmir. Bu cür cəza və məsuliyyətə cəlbetmə tədbirləri niyə sosial şəbəkələrdə olmasın? Şübhəsiz, bu gün ABŞ tərəfindən sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı atılan addımlara səsini çıxarmayan Sevinc Osmanqızı, Qənimət Zahid, Əli Kərimli, Cəmil Həsənli Azərbaycanda da eyni addımlar atılacağı təqdirdə susmalı olacaqlar. Əgər fərqli mövqe olarsa, bu, onların simasızlığının və ikiüzlülüyünün göstəricisi olacaq”.

SOCAR "Cənub Qaz Dəhlizi"nə investisiya həcmini açıqlayıb
SOCAR "Cənub Qaz Dəhlizi"nə investisiya həcmini açıqlayıb
Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlbi üzrə tədbirlərin icrası müzakirə edilib
Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlbi üzrə tədbirlərin icrası müzakirə edilib
Ötən ay “Azəriqaz”da 3132 yeni abonent qeydiyyata alınıb
Ötən ay “Azəriqaz”da 3132 yeni abonent qeydiyyata alınıb
Loading Bars
Xəbər lenti
Tovuzda sakinlər ordumuza dəstək nümayiş etdirib (FOTO)
Cəlil Xəlilov: Azərbaycan ordusu bu gün bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir
Qazaxda "Opel" "Şakman"la toqquşdu
Yaponiyada son sutkada 400 nəfərdə koronavirus aşkarlanıb
Sahil Kərimli: Qüdrətli Azərbaycan Ordusu yenə düşmənə öz gücünü göstərdi
Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub
XİN: Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır
Ağstafada top mərmisi zərərsizləşdirilib (FOTO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 12.07.2020 tarixli bölüm
Müdafiə Nazirliyi: Heç bir ərazi itkisinə yol verilməyib
Hikmət Hacıyev: Ermənistan daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır
Ekspres xətlər üzrə avrobusların üçün yeni müvəqqəti dayanacaqlar müəyyən edilib (FOTO)
Peşə təhsili üzrə teledərslərin 13 iyul cədvəli
İtki verən düşmən geri otuzdurulub, 2 nəfər şəhidimiz var, 5 nəfər isə yaralanıb - RƏSMİ (ƏLAVƏ OLUNUB)
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu, 486 nəfər sağaldı, 8 nəfər öldü
Qənirə Paşayeva: BMT səviyyəsində məhz Azərbaycanın təşəbbüskarlıqları dəfələrlə öz parlaq ifadəsini tapıb
XİN Hafiz Paşayevə həyat yoldaşının vəfatı ilə bağlı başsağlığı verib
AQTA daha 74 obyektdə pozuntular aşkarlayıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb (VİDEO)
Rəşad Mahmudov: Koronavirusa yoluxan həkim Teymur Cəfərov EKMO cihazına qoşulub
Yevlaxda qanunsuz fəaliyyət göstərən kafe aşkar edilib
Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub
SOCAR "Cənub Qaz Dəhlizi"nə investisiya həcmini açıqlayıb
Ağcabədi sakinindən tüfəng və marixuana götürülüb (FOTO)
Güclü yağış Gəncədə bir sıra fəsadlar törədib (FOTO)
Sevil Mikayılova: Bütün dünyanın diqqəti Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu tədbirə yönəlib
Paytaxtda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir (FOTO)
Ceyhun Məmmədov: 166 ölkə arasında Azərbaycanın 54-cü pillədə qərarlaşması ölkəmiz üçün böyük uğurdur
Sumqayıtda küllü miqdarda patron aşkar edilib (FOTO)
Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarında COVID-19 aşkarlanmayıb
Gürcüstanın paytaxtında partlayış baş verib
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb
Qazaxda tank əleyhinə raket tapılıb (FOTO)
Vüsal Qasımlı: Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır
Çinin şimalında zəlzələ baş verib
Atəşkəs rejimi 43 dəfə pozulub
Qırğızıstanda zəlzələ baş verib
ABŞ-da baş verən atışmada 2 polis əməkdaşı həlak olub
Bir qrup rusiyalı həkim pandemiya ilə mübarizədə kömək etmək üçün Azərbaycana gəlir
Şirvanda yanğın olub
Məşhur hindistanlı aktyor koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Qazaxda hərbi təyinatı olmayan metal əşya tapılıb
ABŞ-da sutkada 71 mindən çox insan koronavirusa yoluxub
Binəqədidə yaşayış binasında yanğın olub
İranda yaşayış binasında qaz partlayıb
FHN: Yağış sularının dolduğu ərazilərdə təxirəsalınmaz tədbirlər həyata keçirilir
Moskvada koronavirusdan daha 27 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 193 min nəfəri ötüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 219 mindən çox artıb
213 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Ananı məqsədlərinə alət edən qardaşlar: Emin və Mehman Hüseynovlar nəyi demək istəmirlər? - TƏFƏRRÜATLAR (VİDEO)
Abşeronda avtomobil yanıb
DİN, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyi keçirdikləri birgə əməliyyatla bağlı məlumat yaydı (VİDEO)
Nepalda sel və torpaq sürüşməsi qurbanlarının sayı 40-a çatıb
Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı
Azərbaycan XİN: Ermənistan rəhbərliyi apardıqları siyasətə görə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar
Çində zavodda partlayış baş verib
Baş Nazir bağlanan 3 bankla bağlı Konstitusiya Məhkəməsinə sorğu gondərdi
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək
BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub
Pendirin orqanizmə faydaları və təhlükələri
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu (VİDEO)
Qırğızıstanda ötən gün 552 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirusdan sağalan 90 yaşlı nənə - Onu siz də tanıyın (VİDEO)
Bağ evində narkotik əkib-becərən keçmiş məhkum saxlanılıb (FOTO)
Nazirlik verilən 190 manata qarpız alaraq parçalayan şəxslə bağlı məsələyə münasibət bildirdi
ABŞ-da 66 mindən çox yoluxma qeydə alındı
Prokurorluq Ucar sakininin döyülərək öldürülməsi ilə bağlı məlumat yayıb
Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi
AzMİU-nun magistratura səviyyəsinə onlayn qeydiyyat davam edir
Xızıda körpünün altından 13 ədəd zenit top mərmisi və patronlar tapıldı (FOTO)
Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub - Bəhruz Quliyev
Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü
Cəlilabadda karantini pozan 6 obyekt aşkarlanıb
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
Ekspert: Pik saatlarda yalnız avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir
Azər Badamov: Azərbaycan BMT-nin hesabatında tutduğu mövqeyinə görə regional liderdir
Şəkidə təkrar qarğıdalı əkini aparılır (FOTO)
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib i(FOTO)
Nizami rayonunda parkın içində tikilən qanunsuz obyekt sökülüb (VİDEO)
AzMİU tələbələri Şuşanın memarlıq abidələrinin bərpa eskiz layihələrini hazırlayıblar (FOTO)
Özbəkistanda həftəsonu günlərində özünütəcrid rejimi tətbiq olunacaq
Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Baş Nazir kolleclərlə bağlı qərar imzalayıb
Brilyantlarla bəzədilmiş tibbi maskalar satışa çıxarılıb
Gəncədə xəstəxananın hasarının uçması qaz xəttini yararsız hala salıb (FOTO)
Bakıda küçə və yollarda son vəziyyət (FOTO)
AQTA reyd keçirib: 73 obyektdə qayda pozuntusu aşkarlanıb (FOTO)
İran Xəzərdə kilkə ovuna başlayıb
Vladimir Nikiforov: Azərbaycanlı həkimlər təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf edib (VİDEO)
Kamaləddin Qafarov: Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal mübarizədə həmişə fəal mövqeyi, bu sahədə digər ölkələrlə konkret həmrəyliyi ilə fərqlənib
İranda koronavirusa yoluxanların sayı 255 mini keçib
ABŞ-da 8 min məhbus azad ediləcək
Özünüməşğulluq proqramının 200-dən çox iştirakçısına kiçik bizneslərini qurmaq üçün aktivlər verilib
Naqif Həmzəyev: Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur
Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil, eyni zamanda bir sıra digər inkişaf etmiş ölkələrlə rəqabət apara biləcək səviyyədədir - Deputat
Sabah 35 dərəcəyədək isti olacaq
Bütün xəbərlər