...

ABŞ Azərbaycana humanitar yardım göndərib

Siyasət Materials 12 İyun 2020 11:49 (UTC +04:00)

Bakı. Trend:

ABŞ koronavirus infeksiyası ilə mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib.

Trend bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Məlumata görə, yardım ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanlığı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı nümayəndəliyinin xətti ilə göstərilib.

Səfirlikdən bildiriblər ki, humanitar yardım Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə həyati əhəmiyyət daşıyan avadanlığın verilməsindən ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti