Azərbaycan - Türkmənistan əlaqələrinin Türk Şurasının inteqrasiya prosesində rolu

Azərbaycan - Türkmənistan əlaqələrinin Türk Şurasının inteqrasiya prosesində rolu

Bakı. Trend:

Sovet İttifaqının dağılmasından sonra iki ölkə arasında münasibətlərdə bəzi məsələlər ətrafında fikir ayrılığı hökm sürsə də, Azərbaycan - Türkmənistan münasibətləri son 5 ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Karbo-hidrogen ehtiyatları ilə zəngin olan Xəzərətrafı bu ölkə ilə Azərbaycan arasında əlaqələrin əsas spektrini nəqliyyat-tranzit, logistika və enerji resurslarının daşınması sahələri təşkil edir. Belə ki, Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə bu iki ölkədən keçir. Bu da, öz növbəsində, Azərbaycan və Türkmənistanı ''TRACECA'' , ''Lapis Lazuli'', ''Xəzər dənizi - Qara dəniz'', ''Şərq - Qərb'' kimi transkontinental nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirir.

Son 5 ildə Türkmənistan və Azərbaycan arasında imzalanmış müqavilələr, eləcə də 2018-ci ildə açılmış Ələt Beynəlxalq Dəniz Ticarəti Limanı və Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı iki ölkə arasında ticarət dövriyyəsini nəzərəçarpacaq dərəcədə artırmış, eləcə də məhsulların daşınma müddətini önəmli dərəcədə azaltmışdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ölkəni Türkmənistan üçün Avropaya açılan pəncərə durumuna gətirmişdir. Bakı-Tbilisi-Qars dəmiryolu infrastrukturu Türkmən mallarının Türkiyəyə və Avropaya, eləcə də əks istiqamətdə daşınması üçün önəmli bir vasitəyə çevrilmişdir. Bu, əsasən resurs və xammal ixracatçısı olan Türk Şurasının Özbəkistan, Qırğızıstan kimi üzvlərinə də öz yükdaşımalarını bu xətlə həyata keçirilməsinə imkan yaradaraq, Şuranın inkişaf perspektivlərinə xidmət edir. Belə ki, BTQ dəmiryolu Avrasiyanın bir ucundan digər ucuna yükdaşıma müddətini 15 günə endirib və bu da öz növbəsində eyni istiqamətdə su daşımalarından iki dəfə qısa vaxta və hava daşımalarından iki dəfə ucuz vəsaitə başa gəlir.

2018-ci ildə istifadəyə verilmiş Lapis Lazuli beynəlxalq marşrutu Əfqanıstandan (Türkmənistan, Azərbaycan və Gürcüstandan keçməklə) Türkiyəyə və əks istiqamətdə müxtəlif növ məhsulların daşınmasını həyata keçirməklə, Türkmənistan və Azərbaycanın (baxmayaraq ki, bu iki ölkənin açıq okeana çıxışı yoxdur) coğrafi vəziyyətini strateji üstünlüyə çevirməklə, regionun müsbət nəqliyyat potensialına malik olduğunu ortaya qoyur. Lapis Lazuli marşrutunun Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdirilməsi, marşrutun keçdiyi ölkələrin ixrac potensialını artıraraq, xərcləri minimuma endirir.

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya neft və qaz resursları ilə zəngin olan Xəzər regionuna beynəlxalq marağı artırmış və regionlararası iqtisadi məkana inteqrasiyası üçün yeni perspektivlər yaratmışdır.

Hal-hazırda iki ölkə arasında gündəmdə olan daha bir məsələ Türkmən qazının Azərbaycanın da çəkilməsində önəmli iştirak payı olduğu Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çıxarılmasıdır. Bunun üçün Xəzər dənizinin dibi ilə çəkilməsi gərəkli olan 300 km-lik Transxəzər Qaz Kəməri layihəsi var. Türkmənistanın enerji ixracının diversifikasiyası baxımından bu layihə cəlbedici mahiyyət daşıyır və Azərbaycanın mövcud infrastrukturu Türkmənistan üçün bizimlə əməkdaşlığı şərtləndirən vacib amillərdən biridir. Bu yolla əsasən Çin bazarından (təxminən 80 %) asılı olan Türkmənistan müxtəlif potensial enerji istehlakçılarına açıla bilər. Əgər Transxəzər Qaz Kəməri layihəsi reallaşarsa, Türkmənistan və Azərbaycan, Avropanın təbii qaza olan illik tələbatının (450-500 milyard kub metr) təxminən 7-10%-ni ödəyəbiləcək potensiala malikdir.

İki ölkə arasındaki digər məsələ isə Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətdir. Belə ki, Azerbaijan Digital Hub proqramı çərçivəsində həyata keçirilən layihə Avropa və Asiya arasında internet - kommunikasiya əlaqələrinin (Rəqəmsal İpək Yolu) optimallaşdırılmasına xidmət edir. Bu layihəni həyata keçirməklə Azərbaycan Avropa və Asiya arasında təkcə nəqliyyat və enerji deyil, həmçinin rəqəmsal mərkəzə çevrilmə niyyətini ortaya qoyur. Layihənin iqtisadi cəhətdən potensialı böyükdür və əgər Azərbaycan bu layihəyə investisiya cəlb etməyi bacarsa, bu, regiona, eləcə də Türk Şurası ölkələrinə İKT sahəsində faydalar gətirəcək.

Bütün qeyd olunan nəqliyyat layihələri Azərbaycan və Türkmənistanın qeyri-neft sektorundan əldə edə biləcəyi qazancları artırmaqla bərabər, ölkələrimizə regionda etibarlı tərəfdaş imicini qazandırır. Eləcə də Türkmənistanla aramızda olan bu marşrutlar vasitəsilə Azərbaycan mallarının Asiya bazarlarına və Türkmənistan mallarının Avropa bazarına çıxması üçün ən qısa və ən ucuz şəkildə yola sahib olmağımız, ölkələrin ixrac potensialının artmasına da öz müsbət töhfəsini verməkdədir.

Yuxarıda sadalalanan bütün layihələr, eləcə də Qazaxıstan - Türkmənistan - İran və Özbəkistan - Türkmənistan - İran - Oman dəmiryolları şəbəkələri ilə Azərbaycan və Türkmənistan arasında olan nəqliyyat şəbəkələrindən ortaq istifadə, Mərkəzi Asiya - Yaxın Şərq arasında yerləşən bu iki ölkəyə yeni tranzit imkanları yaradır. Bu da öz növbəsində Şərq və Qərb arasında mərkəz mövqedə yerləşən Türk Şurası dövlətlərinin tranzit imkanlarını artırmaqla, onlara iqtisadi, siyasi, nəqliyyat-tranzit və rəqəmsal sferada yeni dividentlər qazandırır. Beləliklə, Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələrdə olan əməkdaşlığın mümkün inkişafı Türk coğrafiyasının rolunu beynəlxalq arenada gücləndirir.

Elmar Yusifli

"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Loading Bars
Xəbər lenti
“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib
Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib
Pakistan Senatının üzvü, partiya sədri Prezident İlham Əliyevi təbrik edib
İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident
İraq Parlamentinin Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik, o da qayıtsın, tam olaq, arzumuza çataq - Deputat
Roberto Karlos və gənc azərbaycanlı futbolçular - Onlayn dünya çempionatının püşkü atılıb
Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi
BNA 3,5 milyon manatlıq müqavilə imzalayıb
Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi
İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana dəstək
Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi (FOTO)
Erməni xalqı Paşinyanı bağışlamayacaq - Sabiq prezident
Dəmiryolçu şəhidlərimizi tanıyaq (FOTO)
Şəhid anası: Oğlum öz şəklinə baxıb dedi ki, bir gün bu şəkildə şəhid görəcəksən (FOTO)
İşğaldan azad olunan ərazilərə səfər etməyin - Baş Prokurorluqdan xəbərdarlıq (VİDEO)
PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu ilk beynəlxalq mükafatını aldı
Ermənistan təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98-ə çatdı - Prokurorluq
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib (FOTO)
Yelo Bank-dan mikrokreditlərə tam yeni yanaşma
Yaşayış yerini tərk edən aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
İranda sutka ərzində 13 mindən çox şəxs koronavirusa yoluxub
“AccessBank” mülki müdafiə təlimlərini davam etdirir (FOTO)
Qazax sakinindən narkotik vasitə götürülüb (FOTO)
Bitkoin 4 faiz bahalaşıb
Şuşa yolunun minalardan təmizlənməsinə başlanılıb - ANAMA
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)
Azərbaycanda zərərsizləşdirilən minaların sayı açıqlandı
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
İranlı alim necə öldürüldü? - Sui-qəsdin təfərrüatları
ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir
İndiyə qədər Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb
İpoteka Fondunun bazasına yeni mənzillər əlavə olunacaq
Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər gördüm - Məşhur fotoqraf (FOTO)
YARAT Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Bakıda avtomobillərin qiyməti nə zaman ucuzlaşacaq?
Sərt karantin rejiminin qayıtmasını istəmiriksə, qaydalara əməl edək - Naqif Həmzəyev
ADA Universiteti "Mənim Qarabağım" mövzusunda onlayn mühazirələrə başlayıb (FOTO)
Yerevanda əsgər anaları yenidən toplaşdı
İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
16 yaşlı Cavan - Xocalı soyqırımının daha bir itkini (VİDEO)
Moldova prezidenti hökuməti istefaya çağırdı
Yoluxma sayının artması səhiyyə sistemimizi çıxılmaz vəziyyətə sala bilər - Deputat
Səbaildə yeni elektron layihə (VİDEO)
Dekabrda bəzi ərazilərdə temperatur normadan yüksək olacaq - Aylıq proqnoz
Aztəminatlı tələbələrin təhsil haqqı ilə bağlı müraciətlərinin qəbulu sabah başa çatır
Koronavirusla bağlı 111 ictimai iaşə müəssisəsində pozuntu aşkarlandı (FOTO)
Karxanaların Kürə təsiri açıqlandı
Polşadakı Azərbaycan evində "Müzakirə Klubu" fəaliyyətə başlayıb (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Bu il fermerlərə 65 milyon manatdan artıq kredit ayrılıb
Evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb (VİDEO)
Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir - XƏBƏRDARLIQ
Dillər Universitetində Çin arzusu Günü qeyd olunub
İpoteka və Kredit Zəmanət Fondunun məcmu aktivləri 2 milyard manata yaxınlaşır
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarını xatırladır
Təhsil naziri qəzada ölən tələbələrdən yazdı
Ağdaşda COVİD-19 xəstələrinə cinayət işi başlanılıb (FOTO)
Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı
Bakı Ali Neft Məktəbinin 9 yaşı tamam olur
Rusiyada bir gündə koronavirusa 26 mindən çox yoluxma olub, 368 nəfər ölüb
Baydenin prezident seçilməsi Azərbaycana nə verə bilər? - Şərh
Kür-Araz ovalığında bataqlıqlar artır
Bu gün “Dərs vaxtı” verilişinin 2000-ci buraxılışı efirə gedib
Hotellərə ulduz veriləndə koronavirusla bağlı qoruyucu tədbirləri də nəzərə alınacaq - Yenilik
Sülhməramlılar üçün yüklərin Azərbaycan vasitəsilə daşınması ərazi bütövlüyümüzə hörmətin nümunəsidir - Deputat
İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?
Bakıda kokain və ekstazi həblərinin satışı ilə məşğul olan şəxs saxlanılıb (FOTO/VİDEO)
Avstriyanın müdafiə naziri koronavirusa yoluxub
Tibb Universitetinin qəzada həlak olan tələbələri (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qazi Elçin Səmədov Bakıya gətirilib, əməliyyat olunacaq
Zərdabda evi tərk edən daha bir COVİD-19 xəstəsinə cinayət işi başlandı
Cəmiyyəti radikalların perspektivsiz tezislərinə yox, torpaqlarımızın azad edilməsi reallığına inanır - Ekspert
Daha 3 koronavirus xəstəsi saxlanılıb
Türkiyədən Azərbaycana avtomobil ixracı azalıb
Baş nazir Modi Hindistanı bütün dünyanın əzcaçısı olmağa ruhlandırır
Co Bayden ayağını sındırıb
Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov (MÜSAHİBƏ)
Oğuzda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb
“Qərb demokratiyası”: Aysberqin görünən və görünməyən tərəfləri
BTQ-nin Qars Logistika Mərkəzində işlər yekunlaşıb (FOTO)
Bakının əsas magistrallarında sürət həddi endirildi
ATU-nun 3 tələbəsi qəzada həlak oldu, biri ağır yaralandı
Azərbaycanda hotellərə veriləcək ulduzlar beynəlxalq platformada da tanınacaq
Noyabrın 30-da xarici valyutaların manata qarşı məzənnələri
"Ağyoxuş" qızıl yatağı istismara verildi (FOTO)
Braziliyada koronavirusa yoluxanların sayı 6,3 milyon nəfəri ötüb
Kanadada əcnəbilər üçün ölkəyə giriş qadağası 21 yanvaradək uzadılıb
Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər (ÖZƏL)
Qazaxıstanda koronavirusa daha 794 nəfər yoluxub
Venesuela prezidenti sosial şəbəkədə özünün telefon nömrəsini paylaşdı
Fransada koronavirusa sutkalıq yoluxmaların sayı azalmağa davam edir
Bakıda hosteldə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Bayden Ağ Evin mətbuat katibi vəzifəsinə Cen Psakini təyin etmək niyyətindədir
Fransada nümayişlər zamanı 98 polis əməkdaşı xəsarət alıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin qalibi oldu
Moskvada koronavirusdan daha 74 nəfər ölüb
Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı davam edir (FOTO)
Bütün xəbərlər