...

Hikmət Hacıyev: Gələn həftə ərzində xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam etdiriləcək

Siyasət Materials 10 İyul 2020 18:27 (UTC +04:00)
Qarşıdan gələn həftə ərzində xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam etdiriləcək.
Hikmət Hacıyev: Gələn həftə ərzində xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam etdiriləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Qarşıdan gələn həftə ərzində xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, gələn həftə ərzində Rusiya-Azərbaycan sərhədi boyunca 250 nəfərə qədər Azərbaycan vətəndaşlar, o cümlədən İrandan, Türkiyədən və digər ölkələrdə olan vətəndaşlarımızın Azərbaycana gətirilməsi nəzərdə tutulur.

PA rəsmisi vurğulayıb ki, həftə ərzində Gürcüstanda olan təxminən 200 vətəndaşımızın da quru sərhədi vasitəsilə Azərbaycana keçidi təmin olunacaq.

H.Hacıyev əlavə edib ki, həftə ərzində Budapeşt-Bakı istiqamətində də vətəndaşlarımız gətiriləcək. Onun sözlərinə görə, xüsusən Macarıstanda tələbələr var, Daşkənd-Bakı, Moskva-Bakı, Yekaterinburq-Bakı və Doha-Bakı istiqamətində Azərbaycan vətəndaşlarının gətirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti