Kəmaləddin Qafarov: Azərbaycanın geopolitik müstəvidə uğurları Ermənistanı siyasi iflasa aparır

Kəmaləddin Qafarov: Azərbaycanın geopolitik müstəvidə uğurları Ermənistanı siyasi iflasa aparır

Bakı. Trend:

Bu günlərdə öz işinə başlayan mühüm bir tədbir dünya siyasətçilərinin, medianın, bütövlükdə isə ictimaiyyətin böyük marağına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında reallaşan telefon danışığı son dövrdə dünyada koronavirus pandemiyası ilə bağlı ən mühüm işbirliyi, dialoq kimi dəyərləndirilir.

Trend -in məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kəmaləddin Qafarov deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı telefon danışığında BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı:

"BMT-nin Baş katibi Antonio Quterreş isə bir daha BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu bidirmişdir. Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. BMT Baş katibinin dəstəyi Azərbaycanın dünyada artan nüfuzunun növbəti nümunəsi hesab olunmalıdır. Bu təşəbbüsün beynəlxalq birlik tərəfindən qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin dünyada böyük nüfuza sahib olduğunu bir daha təsdiqləyir".

Millət vəkili xatırladıb ki, hələ 2011-ci ildə Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü ilə dünyada Qoşulmama Hərəkatına üzv qəbul edildi. Bu hadisənin Azərbaycanın həyatında nə qədər mühüm rol oynadığına, cənab Prezidentin nə qədər uzaqgörən, düşünülmüş və düzgün addım atdığına cəmi bir il sonra şahid olduq. 2012- ci ildə Azərbaycan məhz Qoşulmama Hərəkatına üzv olan dövlətlərin, həmçinin əlavə 35 dövlətin dəstəyi ilə müstəqillik tarixində çox mühüm bir uğura imza ataraq BMT Təhlükəsizlik Şurasının qeyri -daimi üzvü seçildi, bir neçə ay həm də BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Bu, Azərbaycanın son illər ərzində ən böyük siyasi uğuru idi.

"Azərbaycanın Təhlükəsizlik Şurasına sədrliyi dövründə BMT-də çox mühüm məsələlər müzakirəyə çıxarılmış və taleyüklü qərarlar qəbul edilmişdir. Təkcə bir faktı xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2012-ci il mayın 4-də BMT Təhlükəsizlik Şurasının iclası keçirilmiş, burada ölkəmizin təşəbbüsü ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə təhdidləri" mövzusunda müzakirələr aparılmışdır. Azərbaycanın Prezidenti cənab İlham Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək, konkret faktlar və sənədlərlə Ermənistanın terroru dəstəkləyən işğalçı dövlət olduğunu bir daha dünyaya bəyan etmişdir. Ümumiyyətlə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə 59 iclas keçirilmiş, bu müzakirələrin yekunu üzrə müvafiq qətnamə, qərar və bəyanat qəbul edilmişdir".

Kəmaləddin Qafarov qeyd edib ki, yeri gəlmişkən, bədnam qonşumuz olan Ermənistan həmin vaxtlar Azərbaycandan əvvəl BMT Təhlükəsizlik Şurasının qeyri -daimi üzvü olmaq üçün çox böyük mübarizə apararaq bütün diasporu səfərbər etsə də, sonda biabırçılıqla məğlub olub geri çəkilmişlər. Məlum olmuşdur ki, Ermənistanın ənənəvi dostu və müttəfiqi sayılan bir çox ölkə ona bu işdə dəstək verməkdən açıq şəkildə imtina etmişlər. Bu azmış kimi, Ermənistanın 2012-ci ildə Azərbaycanın rəqibi olan, lakin sonda məğlubiyyətə uğrayan ölkəyə də cani-dildən köməklik göstərməsi haqqında məlumatlar vardır.

Ona görə bu gün də işğalçı Ermənistanın bu təşəbbüsə qarşı çıxış etməsi özünüifşa xarakteri daşıyır və xoşməramlı, mühüm bir humanitar təşəbbüsə etiraz etməklə Ermənistan dünya ictimaiyyəti qarşısında yenidən biabır oldu. Bu bədnam strategiyanın Ermənistanı siyasi iflasa doğru apardığını hətta bu ölkənin siyasətçiləri də açıq şəkildə etiraf edirlər.

Millət vəkili bildirib ki, Baş Assambleyanın Prosedur Qaydalarının müvafiq bəndlərinə uyğun olaraq Baş Assambleyanın 31-ci xüsusi sessiyası iyulun 10-da öz işinə başlayıb. Xüsusi sessiyanın əvvəlində prosedur xarakterli məsələlərə baxılması, daha sonrakı mərhələdə isə müxtəlif liderlərin çıxışlarının dinləniləcəyi ümumi müzakirələr seqmentinin baş tutması planlaşdırılır. Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsində mühüm rol oynayacaq, insanlığın bu dəhşətli bəladan azad olunması prosesində əhəmiyyətli tarixi hadisəyə çevriləcəkdir.

"ADY Container"  yük daşımalarının həcmini artırıb
"ADY Container" yük daşımalarının həcmini artırıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib
“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)
Baş Prokurorluq ötən həftə baş verən hadisələri əks etdirən videoçarx hazırlayıb (VİDEO)
Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədləri çap olunacaq - QƏRAR
Tibbi maskadan istifadə və şəxsi gigiyenanın gözlənilməsi gündəlik həyatımızın bir parçası olmalıdır - Deputat
ABŞ Polşada qoşunlarının sayını artırır
Bakıda özünü dənizə atan şəxs xilas edildi
Koronavirusla mübarizədə Azərbaycan dövləti yetərincə müsbət nəticələr əldə edib - Deputat
Bakıda körpünün üzərində qəza olub (FOTO)
Fuad Nurullayev: Hazırda dini ayinlərin məscidlərdə keçirilməsi virusun yayılması baxımından real təhlükə yaradır
Mingəçevirdə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi saxlanıldı (FOTO)
Rusiyada koronavirus vaksininin istehsalı başlayıb
QMİ: Operativ Qərargahın dini mərasimlərlə bağlı verdiyi qərarlara riayət etmək zəruridir
Rusiyada koronavirusa yoluxanların sayı 917 min nəfəri keçdi
Həmsədrlərin Ermənistanın qanunsuz fəaliyyətinə münasibət bildirməsi üçün kifayət qədər əsaslar var - Azay Quliyev
Pandemiya dövründə məscidlərə toplaşmaq və müxtəlif mərasimlər təşkil etmək məqsədəuyğun deyil
Fransa Azərbaycanlıları Koordinasiya Şurası hesabat verib və Şuranın yeni əlaqələndiricisi seçilib
Abşeronda gizli fəaliyyət göstərən restoran aşkar edilib (FOTO/VİDEO)
İranda koronavirusa yoluxanların sayı 340 mini keçib
Sabirabadda kafe yanıb
Sumqayıtda bir nəfərə zor tətbiq edib, görüntüləri sosial şəbəkələrdə yayanlar saxlanılıblar (FOTO/VİDEO)
AFFA kəndlərdə idmanın inkişafına dəstək verir (FOTO)
Dövlət Vergi Xidməti: İctimai iaşə obyektləri ilə bağlı yumşalmalar toylara şamil edilmir
Zaqatalada qaydaları pozan velosipedçilər cərimələnib (FOTO)
XİN Ermənistanın Kəlbəcərdə saldığı yeni qanunsuz yaşayış məskəninin peyk görüntülərini yayıb (FOTO)
Ermənistanda koronavirusa yoluxma sayı artır
AQTA: Kafe və restoranlarda müştəri qəbulu normadan 2 dəfə az olmalıdır
Hikmət Hacıyev: Biz Paşinyanın özünü komik vəziyyətə salmasının Münhendə Prezident İlham Əliyevlə debatı zamanı da şahidi olmuşduq
Dövlət Vergi Xidməti: İctimai iaşə obyektləri müəyyən qaydalar çərçivəsində işləyəcək
Mülki şəxslərin qadına qarşı zorakılıq etməsi ilə bağlı yayılan iddialar əsassızdır - Polis
Koronavirusa yoluxan həkim Cavid Paşayev sağalıb, bu gün evə buraxılacaq
Prokurorluq Abşerondakı qətllə bağlı məlumat yayıb
Qatqı maddələri, yoxsa qida əlavələri?
Braziliyada bir gündə koronavirusa 50 644 nəfər yoluxub
Həftəsonu ictimai nəqliyyatın bərpası müzakirə olunacaq
Xaricdən avtomobili ilə qayıtmaq istəyən vətəndaşlar səfirliklərə və Operativ Qərargaha müraciət edə bilərlər - Hikmət Hacıyev
Biz yardım etdiyimiz kimi, digər ölkələrdən də bizə yardımlar edilə bilər - PA rəsmisi
Operativ Qərargah toylardan danışdı
Hazırda iri ticarət mərkəzlərinin açılması ilə bağlı yekun qərar yoxdur - Şöbə müdiri
Çin və İtaliyadan gələn həkimlər ödənişli əsaslarla fəaliyyət göstərmirlər - Operativ Qərargah
Bir valideyn olaraq məktəblərin bağlı qalması məni də narahat edir - PA rəsmisi
Epidemiya başlayandan ön cəbhədə olanlardan biri polis əməkdaşlarıdır - Şöbə müdiri
TƏBİB: Karantin rejimi xəstəxanalarda doluluq səviyyəsi ilə müəyyən edilmir
Hikmət Hacıyev: Vətəndaşların bir qismi təyyarə göndərilən məqamda gəlməkdən imtina etdi
Təhsil müəssisələrinin bərpası ilə bağlı konkret vaxt yoxdur - Hikmət Hacıyev
TƏBİB: Rusiyadan peyvəndin alınması ilə bağlı danışıqlara başlamamışıq
Sertifikatlaşdırılmış peyvənd bazara çıxarılacağı təqdirdə alınması üçün işlər görüləcək - Operativ Qərargah
Azərbaycan borclanmaya getmir, öz resurslarımız kifayət qədərdir - Şöbə müdiri
Bəzi rayonlarda leysan yağıb, çaylardan sel keçib
Prezidentin köməkçisi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib
Açılmalara getdiyimiz zaman yoluxmada artımlara hazır olmalıyıq- TƏBİB
Hətta rəsmi ezamiyyətlər rayonlarda yoluxma sayına təsir göstərir - Hikmət Hacıyev
Paytaxtda sərnişindaşımaya 100 avtobus da əlavə olunub
Tədrisin bərpası kompleks şəkildə araşdırılır - Prezidentin köməkçisi
Hikmət Hacıyev: Qismən və cüzi artma müşahidə olunur, bu da insanların aktivlik dinamikası ilə bağlıdır
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib
Gömrükçülər qanunsuz gətirilən siqaretləri müsadirə ediblər (FOTO)
Mingəçevirdə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb (FOTO)
Binəqədidə zibil qutularının olmadığı ərazi tullantılardan təmizlənib, konteynerlər qoyulub
Regional Rabitə Birliyinin Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının iclası keçirilib (FOTO)
Cənubi Koreyada mart ayından sonra ən yüksək yoluxma qeydə alınıb
Kafe və restoranlarda qəlyan çəkməyə və 6 nəfərdən artıq toplaşmağa icazə verilməyəcək
Kafe və restoranların iş qrafiki açıqlanıb
Operativ Qərargah kafe və restoranlarla bağlı qərar verdi
II və III ixtisas qrupları üzrə test tapşırıqlarının düzgün cavabları açıqlanıb
Paytaxtda karantin rejiminə əməl etməyən satış obyektləri aşkarlanıb (FOTO)
Deputat Sevil Mikayılova Türkiyənin “Ekotürk” telekanalına müsahibə verib (VİDEO)
KİV: "Barselona" baş məşqçini istefaya göndərəcək
Xaçmazda narkotik becərən şəxslər saxlanıldı (FOTO)
Ermənistan sutka ərzində atəşkəsi 30 dəfə pozub
Paytaxt küçələri növbəti dəfə dezinfeksiya edilir (FOTO/VİDEO)
Ağsuda istifadəyə verilən subartezian quyusu ilə 25 hektar ərazini suvarmaq mümkün olacaq
Hindistan konstruktiv, etibarlı qlobal aktordur
Hindistan 74-cü Müstəqillik Gününü qeyd edir
Azərbaycanın Ukraynaya neft və neft xammalının ixrac həcmi açıqlanıb
İsraildə koronavirusa yoluxanların sayı 90 min nəfəri ötüb
Qazaxıstanda daha 439 nəfər koronavirusa yoluxub
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Rusiya və İsveçrə arasında hava əlaqəsi bərpa edilir
Trüdo Beyrutdakı partlayışda iki kanadalının öldüyünü bildirib
Moskvada bir sıra aviareys ləğv edilib
BMT TŞ-da İrana qarşı silah embarqosunun müddəti uzadılmayıb
Kanada-ABŞ sərhədi sentyabrın 21-dək bağlı qalacaq
"Barselona"nın müdafiəçisi koronavirusa yoluxub
Səfir Elxan Poluxov “Qanunvericilikdə Dini Azadlıq” mövzusunda videokonfransda iştirak edib (FOTO)
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Çempionlar Liqası: "Bavariya" "Barselona"nın qapısından 8 top keçirdi
Tehranda yaşayış evində partlayış olub, xəsarət alanlar var
Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Dünyada koronavirusa yoluxanların sayı 21 milyon nəfəri ötüb
İbrahim Kalın: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 286 mindən çox artıb
Makron İran üzrə sammitdə iştirak etməyə razılaşıb
Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçilib (ƏLAVƏ OLUNUB)
Türkiyədə koronavirusdan daha 923 nəfər sağalıb
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Çində rəqəmsal valyutanın tətbiqi üzrə sınaqlar keçirilir
YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabının ingilis və rus dillərində elektron versiyası hazırlanıb
Dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir - Adil Əliyev
Avropa ölkələri yüz milyonlarla doza koronavirus vaksini alacaq
Bütün xəbərlər