...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinlərinin sayı artırıldı

Siyasət Materials 17 İyul 2020 16:14 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinlərinin sayı artırıldı

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinlərinin sayı artırılıb.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən müavinlərinin sayı 4 olub.

Qeyd edək ki, indiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin 3 müavini var idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti