Millət vəkili İslam dünyasının diqqətini Ermənistanın sərhəddə törətdiyi təxribata yönəltdi

Millət vəkili İslam dünyasının diqqətini Ermənistanın sərhəddə törətdiyi təxribata yönəltdi

Bakı. Elçin Mehdiyev - Trend:

İyulun 12-də sərhəddə baş verən hərbi təxribat zamanı Azərbaycan öz suveren hüququndan istifadə edərək, Ermənistanın növbəti təxribatının qarşısını bu dəfə də qətiyyətlə almış, düşmənə adekvat cavab verilmişdir. Nəticədə Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu. Trend-in məlumatına görə, bu fikirləri millət vəkili Könül Nurullayevanın İslam Əməkdaşlıq Təşkilatının rəsmi internet səhifəsində dərc olunan məqaləsində (http://www.una-oic.org/page/public/news_details.aspx?id=307329) yer alıb.

Məqalədə Ermənistanın mülki əhalini hədəfə almasına diqqət çəkilir, qeyd olunur ki, Tovuz rayonunun Ağdam kənd sakini 76 yaşlı soydaşımızı qətlə yetirdi. Ermənistan sivil insanları atəşə tutmaqla, onları qətlə yetirməklə əsl terrorçu və işğalçı mahiyyətini ortaya qoymuş oldu: “Dünya Ermənistanın əsl simasını bir daha gördü. Beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, Ermənistan bütövlükdə regionun təhlükəsizliyi üçün təhdiddir. “ Millət vəkili vurğulayır ki, baş verənlərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: “Nə qədər paradoksal səslənsə də, Ermənistan bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edir və qoşunların təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini qətlə yetirir. Bu davranışların məntiqi izahı yoxdur. Azərbaycan prezidenti hər zaman bəyan edib - biz heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacağıq. Bu, həm işğalçıya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan ismarıcdır".

Məqalədə qeyd olunur ki, Ermənistan uzun müddətdir bu cür hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Amma bu gün Azərbaycan KTMT-yə üzvü olmadığı halda Ermənistan istisna olmaqla bu təşkilatda təmsil olunan bütün dövlətlərlə sıx dostluq münasibəti qurub. “Dünyada sülh və əməkdaşlığın ən böyük dəstəkçisi olan Azərbaycanın təşəbbüsü ilə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Məhz Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə qərar qəbul edilib.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezideni cənab İlham Əliyevin dünyanın 130-dan ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə məhz Ermənistandır. Yəni, Azərbaycan bütün dünyanın bu bəşəri bəla ilə mübarizədə birləşməsinə töhfə verdiyi halda, Ermənistan qlobal həmrəyliyə qarşı çıxmış olur”.

K.Nurullayeva sərhəddə baş vermiş təxribat zamanı dünya ictimaiyyətinin Azərbaycana dəstəyini də xatırladır: “İslam Əməkdaşlıq Təşkilatının baş katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumunu, atəşkəsi pozmasını, nəticədə azərbaycanlı hərbçilərin həlak olmasını və yaralanmasını kəskin şəkildə pisləyir. Azərbaycan İslam həmrəyliyinə töhfə verən ölkə kimi müsəlman dünyasının nümayiş etdirdiyi dəstəyi təqdir edir. Bu gün İslam dünyasına da yaxşı məlumdur ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarını - Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

Atəşkəs elan olunmasına rəğmən, Ermənistanın silahlı hücumları nəticəsində mülki şəxslərin və hərbçilər həlak olduğunu qeyd edən millət vəkili vurğulayır ki, özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb, İslam dəyərlərini məhv etməklə məşğuldur: “Azərbaycan Prezidentinin də söylədiyi kimi, məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz. Biz İslam dünyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstəyinin bundan sonra da davam edəcəyinə əminik”.

Hemilton "Formula-1" üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin təsnifatının qalibi olub
Hemilton "Formula-1" üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin təsnifatının qalibi olub
İngiltərə Premyer Liqası: "Liverpul" turnir cədvəlində liderliyə yüksəlib
İngiltərə Premyer Liqası: "Liverpul" turnir cədvəlində liderliyə yüksəlib
Qazilərimiz Beynəlxalq təlim-məşq toplantısına Rusiyaya yollanacaq (FOTO)
Qazilərimiz Beynəlxalq təlim-məşq toplantısına Rusiyaya yollanacaq (FOTO)
Loading Bars
Xəbər lenti
Hemilton "Formula-1" üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin təsnifatının qalibi olub
Türkiyədə son sutkada koronavirusdan 19 463 nəfər sağalıb
Xocavənddə daha bir erməni əsgərin cəsədi tapılıb
"Barselona" Xavinin rəhbərliyi ilə ilk dəfə məğlub oldu
Bir çox Aİ və NATO ölkələri Türkiyənin PUA-larını almaqda maraqlıdır - Çavuşoğlu
İngiltərə Premyer Liqası: "Liverpul" turnir cədvəlində liderliyə yüksəlib
İranın nüvə obyekti yaxınlığında partlayış olub
Xocavənddə hərbi qulluqçumuza hücum edərkən zərərsizləşdirilən erməni təxribatçının cəsədi təhvil verildi
Türkiyədə Ərdoğanın mitinqdə törədilməsi planlaşdırılan terror aktının qarşısı alınıb
Türkiyə xüsusi təyinatlıları Suriyada 5 terrorçunu məhv edib
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır
"Instagram"ın işində fasilələr yaranıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Yaşıl Marafon" çərçivəsində ağacəkmə aksiyasında iştirak edib (FOTO)
Putin və Bayden arasında keçiriləcək görüşün vaxtı məlum olub
Gürcüstanda zəlzələ baş verib
Şabranda quşçuluq sexində yanğın olub
Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin mina xəritələrini əldə edib
Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı genişlənir (FOTO)
Gömrükçülər növbəti dəfə "Yaşıl Marafon" genişmiqyaslı ağacəkmə tədbirlərində iştirak ediblər (FOTO)
Yaşadıqları ünvanı tərk edən 2 koronavirus xəstəsi aşkarlanıb (FOTO)
Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
"Yaşıl Marafon" çərçivəsində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirildi (FOTO)
Azərbaycanda 1 406 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Ombudsmanın İtaliyaya səfəri İtaliya mətbuatında geniş işıqlandırılıb
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib (FOTO)
Avropa ölkələri Əfqanıstanda ümumi diplomatik missiya aça bilər
İranda ötən sutka daha 58 nəfər koronavirusdan ölüb
Bitkoin 20 faizə yaxın ucuzlaşıb
Güləş Federasiyasının ofisindən içərisində 63 min manat olan dəmir seyf oğurlanıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev Tailand və Finlandiyanın dövlət başçılarını təbrik edib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi
Xaçmazın icra başçısı Elnur Rzayev problemlərlə yerində tanış olub (FOTO)
Komando hərbi hissəsində taktiki təlim keçirilib (FOTO/VİDEO)
“Yevlax Pilot Aqropark”ın açılışı olub (FOTO)
Stokholmda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının səbəbi açıqlanıb
Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb
Əlillərin cəmiyyətə inteqrasiyasının qarşısını alan maneələr aradan qaldırılmalıdır - Ombudsman Aparatı (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
40-a yaxın əlil kurort və müalicə mərkəzlərinə göndərilib
Qəbiristanlıqlardan oğurluq edənlər saxlanılıblar (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 280 mini keçib
Sosial reabilitasiya layihəsinə 6200 uşaq cəlb edilib (FOTO)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda kafe və aptekdən oğurluq edilib
İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək - İranın sabiq səfiri
2021-ci ilin son Günəş tutulması başlayıb (VİDEO)
Təbii qaz "omikron" ştammına görə ucuzlaşa bilər
Bazar günü hava yağmursuz keçəcək, 15 dərəcəyədək isti olacaq
Salyanda işlədiyi mağazadan 63 min manat pul oğurlayan şəxs saxlanılıb
Goranboyda evdən çıxan koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
Zərdabda toy sahibi cərimələnib
Zəngilanın Ağalı kənd sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq (FOTO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ÜST ilə əməkdaşlıq memorandumu imzalayır (VİDEO)
Qazilər hansı halda müalicə üçün xaricə göndərilir?
Qusarda ev yanıb, bir nəfər ölüb
Dostumun atasını FHN hospitalına yerləşdirmək üçün 3 min manat istədilər - Məhkəmə
Qadın sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlanıldı
Azərbaycan nefti bahalaşıb
Həbsxanadan çıxandan 15 dəqiqə sonra avtomobil qaçırtdı (FOTO/VİDEO)
XİN-də işə qəbulla bağlı imtahanda iştirak üçün tarif müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı XVIII Türk Kolon və Rektal Cərrahiyyə Konqresində iştirak edir (FOTO)
Ötən gün 105 nəfər COVID pasportu olmadığına görə toya buraxılmayıb
Lənkəranda koronavirus xəstəsi çayxanada aşkarlanıb
Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Ordunun Təlim və Tədris Mərkəzində seminar keçirilib (FOTO)
bp-nin azad olunmuş ərazilərdə tikəcəyi elektrik stansiyasının investisiya dəyəri açıqlanıb
"Omikron" ştammı ABŞ-ın 10 ştatında aşkar edilib
Helikopter qəzasında yaralanan hərbçilərin vəziyyəti açıqlanıb
Suraxanıda üçmərtəbəli evdə yanğın olub
Bakıda mənzildə naməlum meyit tapılıb
Oğuzda "Kia" yanıb
Binəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Zaqatalada qapalı məkanlarda və ictimai nəqliyyatda reyd keçirilib, 30-a yaxın şəxs cərimələnib (FOTO/VİDEO)
Türkiyənin ixrac etdiyi məhsullarda "Made in Turkey" ifadəsi istifadə olunmayacaq
Fransa koronavirusun yayılmasında mübarizə üçün sərhəd nəzarətini gücləndirir
Türkiyə istehsalı olan hərbi texnikanın ixrac edildiyi bazarlar sırasında Azərbaycan ilk üçlükdədir
"Twitter" şirkəti yenidən təşkil olunacaq
İqlim dəyişikliyi ilə mübarizə üçün 10 trilyon dollara qədər vəsait tələb olunacaq - Kristalina Georgiyeva
Fransa və Qətər Əfqanıstana 40 tona yaxın humanitar yardım çatdırıb
BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatının bərpası tempinə təsirini qiymətləndirib
İsveçrə və Belçika koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirəcək
Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma idxalına icazə verəcək
BMT-nin Baş katibi "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətlərini səmərəsiz adlandırıb
"Honda" şirkəti 790 minə yaxın avtomobili geri çağırır
ABŞ dövlət katibi Bayden ilə Putinin "ən yaxın gələcəkdə" danışacağını açıqlayıb
Ən məhsuldar smartfonun adı məlum olub
Koronavirusun "omikron" ştammı 38 ölkədə aşkar edilib - ÜST
Türkiyə prezidenti Soçidə keçirilən üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırılıb
Mingəçevir Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı infosessiyalar keçirilib (FOTO)
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda çoxmərtəbəli binada yanğın olub, ölən var
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib (FOTO)
Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə”lər seçilib (FOTO)
MDU-da “Tələbə Mediası” layihəsinin iştirakçıları ilə görüş olub
UNEC İqtisadi Forumunun sonuncu paneli: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya (FOTO)
Ombudsman nümayəndəsi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
“BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Bütün xəbərlər