Bakı. Trend:
NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Bu barədə Müdafiə Nazirliyindən Trend-ə məlumat verilib.