Dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir - Adil Əliyev

Dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir - Adil Əliyev

Bakı. Trend:

Ermənistanın iyul ayından başlayaraq Tovuz rayonu istiqamətində həyata keçirdiyi təxribat Milli Ordumuz tərəfindən qətiyyətlə alındı. Lakin siyasi və iqtisadi sahədə tənəzzülə düçar olmuş bir dövlətin, pandemiyanın ölkəsinin ərazisində tüğyan etdiyi bir dövrdə cəbhə boyu təxribat törətməsi, təbii ki, bir günün işi deyildi. Bu təxribat həm də o demək idi ki, düşmən heç bir halda barışığı qəbul etmir, beynəlxalq müstəvidə məğlubiyyətlə qarşılaşır və bu səbəbdən də təxribat törətməyə cəhd edir.

Düşmənin mövcud şəraitdə qeyd olunan təxribatı həyata keçirməsi bir mənalı deyildi. Belə ki, Cənubi Qafqazın lider dövlətinə qarşı belə bir əməliyyatı həyata keçirmək üçün Ermənistanın nə həddi, nə də cürəti çatardı. Tarixə nəzər salsaq, görərik ki, Ermənistan 1991-ci ildə SSRİ dağıldıqdan sonra yaranmış dövlətlər içərisində yalnız Rusiya Federasiyası ilə hərbi-siyasi əməkdaşlıq qurmuşdur. Azərbaycan da daxil olmaqla keçmiş SSRİ-yə daxil olan dövlətlərlə ciddi şəkildə heç bir əlaqəsi olmamışdır. Müstəqillikdən sonrakı illərdə Rusiyanın təşəbbüsü ilə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmuşdur. Digər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlər, yəni Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan birbaşa və dolayı şəkildə Ermənistanla əməkdaşlıq etmirlər. Yalnız Rusiya ilə aralarında əməkdaşlıq var və bu səbəbdən də Rusiya Federasiyasının 102-ci hərbi bazası hazırda ərazisində fəaliyyət göstərir.

Ermənistan hakimiyyəti ölkəsinin inkişafını təmin etmək və vətəndaşların rifahını yaxşılaşdırmaq əvəzinə, çətin şəraitlə əlaqədar dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş Ermənistan vətəndaşlarının düşdüyü duruma baxmayaraq, silahlanmaq ideyasını davam etdirir. Belə ki, dünyanın nüfuzlu xəbər agentliklərinin hazırladıqları məruzələrə, xüsusilə “Global Militarisation Index” məruzəsinə əsasən, Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Qeyd olunan hesabatlar hazırlanarkən, ölkənin əhalisinin sayı və buna uyğun olaraq hərbçi sayı, silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınır. Yəni, indiki məqamda belə deyə bilərik ki, Ermənistan tərəfi silahların alınmasına daha çox meyllidir. Lakin, iqtisadi cəhətdən tənəzzül yaşayan bir ölkənin silahlanmasında təbii ki, ona yardımçı olan dövlətlər var.
Ermənistanın müttəfiqlərindən biri də Serbiyadır. Belə ki, sərhəddə təxribat başlamamışdan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə iki ölkə arasında silah alveri həyata keçirilmişdir. Bu da bir daha yuxarıda qeyd olunan fikri təsdiq edir ki, Ermənistan tərəfi həmin təxribatı törətmək üçün əvvəlcədən hazırlaşmışdır, yəni bu qərar uğursuzluğa uğramasına baxmayaraq, ani verilən qərar deyildi.

Serbiya-Azərbaycan münasibətləri fonunda Serbiyanın Ermənistan tərəfə silah-sursat göndərməsi, təbii ki, birmənalı deyildi və bu da hər birimizi narahat edirdi, baxmayaraq ki, Azərbaycanın humanitar siyasətindən yararlanan ölkələrdən biri də Serbiya olmuşdur. Belə ki, koronovirus pandemiyası yayılmağa başladıqdan dərhal sonra Azərbaycan hökuməti Serbiyaya humanitar yardım göstərmişdi. Lakin Serbiyanın indiki vəziyyətdə belə bir addım atması başa düşülən deyildir. Baxmayaraq ki, Serbiya Azərbaycanı əzəli tərəfdaş olaraq qəbul edirdi, dəfələrlə Azərbaycanın digər ölkələrdən fərqli olaraq müstəqil siyasət yürütməsinə, habelə beynəlxalq arenada söz sahibi olmasına diqqət çəkmişdir.

Qeyd olunanlar fonunda yaranmış anlaşılmazlığa son qoymaq məqsədilə və vəziyyəti aydınlaşdırmaq üçün Serbiyanın ölkəmizdəki diplomatik korpusunun rəhbəri Xarici İşlər Nazirliyinə dəvət edilmiş, ona ölkəsinin atdığı addımların dostluq münasibətlərimizə kölgə saldığı və bizi narahat etdiyi bildirilmişdir.

Bu görüşdən dərhal sonra, avqust ayının 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə zəng edərək iyul ayında sərhəddə Ermənistanın təxribat törətməsindən, habelə bu təxribat zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən bir daha məyusluğunu bildirmişdir.

Ölkə başçısının qətiyyətli mövqeyi sayəsində Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç nümayəndə heyəti ilə birlikdə ölkəmizə səfər etdi və pozulmuş münasibətləri düzəltməyə cəhd etdi.
Habelə, Ermənistanın daimi müttəfiqi olan və Ermənistan hakimiyyətinə birbaşa təsir edən Rusiya qeyd olunanlar fonunda düşmən tərəfi kifayət qədər silah və sursatla təmin etməkdədir.

Bütün bunlar nə səbəbdən baş verir?

Bu gün dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir. Azərbaycanın regionun şəriksiz lideri olması və Cənubi Qafqazda dünya əhəmiyyətli layihələrin Azərbaycan tərəfindən həyata keçirilməsi, ölkəmizin siyasi, iqtisadi və hərbi gücü bəzi ölkələri narahat edir. Bu səbəbdən də biz Rusiyanın Ermənistana silah satmasının şahidi olduq. Təbii ki, ölkəmizin başçısı yenə qətiyyətli mövqe sərgilədi. Azərbaycan və Rusiya prezidentlərinin 12 avqust tarixində keçirilən telefon danışığı zamanı Ermənistan tərəfinə silahların satılması və bu silahlarla düşmənin təxribat törətməsi, nəticədə isə hərbi qulluqçuların və bir nəfər mülki şəxsin həlak olması barədə geniş müzakirələr aparıldı.

Sözsüz ki, uzun illər ərzində Azərbaycan və Gürcüstan arasında olan dostluq münasibətləri öz bəhrəsini vermiş və Gürcüstan Rusiya silahlarının öz ərazisindən daşınmasından birmənalı şəkildə imtina etmişdir. Bu səbəbdən də, silahların təyyarə reysləri Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınması məlum olmuşdur. Həmin ölkələrlə münasibətlərimizin kifayət qədər yaxşı olmasına baxmayaraq, qeyd olunanlar, təbii ki, münasibətləri yenidən gözdən keçirməyə vadar edir.

Ölkəmizin mövqeyi birmənalıdır, ortada Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş 4 qətnamə var. Bu qətnamələrdə Ermənistan tərəfinin işğalçılıq fəaliyyəti birbaşa olaraq göstərilir və bildirilir ki, işğal edilmiş ərazilər qeyd-şərtsiz azad edilməlidir.

Həmin qətnamələrlə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan BBC telekanalının “Hard to Talk” verilişinin qonağı olarkən: Qarabağın guya Ermənistana məxsus olan tarixi ərazi olmasını bildirdiyi zaman, aparıcı ona – “Gəlin, məsələni min illik tarixlərin kontekstində deyil, bu günün reallıqları ilə müzakirə edək. BMT Təhlükəsizlik Şurası açıq dillə bütün erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq hüquqa əsasən, bu ərazilərdəki ordunuz işğalçıdır.

Amma siz ora gedərək bu torpaqların sizə məxsus olduğunu elan edirsiz. Siz dəqiq sülh carçısı deyilsiniz”, - dedi və Ermənistanın bir daha dünyanın gözündə şovinist və işğalçı dövlət olmasına diqqət çəkdi. Habelə Ermənistan hərbçilərinin insan haqlarını pozaraq hərbi cinayətlər törətdiyini söyləyərək, onları bu cinayətləri etiraf edərək, üzr istəməyə dəvət etdi.

Adil Əliyev
Milli Məclis Sədrinin müavini

Elektrik qatarlarının cədvəlinə dəyişiklik ləğv olundu
Elektrik qatarlarının cədvəlinə dəyişiklik ləğv olundu
ABŞ səfirliyi bəyanat yayıb
ABŞ səfirliyi bəyanat yayıb
bp ƏMSSTQ sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirəcək
bp ƏMSSTQ sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirəcək
Loading Bars
Xəbər lenti
Noyabrın 2-dək həftə sonları ictimai nəqliyyat işləməyəcək
Azərbaycanda xüsusi karantin rejimi noyabrın 2-dək uzadıldı
Niderland mediasında Ermənistanın Azərbaycana genişmiqyaslı hücumundan yazılıb
Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib
Tofiq Yaqublunun məhkəməsi təxirə salındı
Milli Preventiv Qrupun üzvləri tərəfindən Quba Rayonlararası Psixonevroloji Mərkəzinə başçəkmə həyata keçirilib
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə başlanılıb
Erməni səfir: Ermənistan Qarabağdan əhalinin təxliyəsini nəzərdən keçirir
Azərbaycanda 38 nəfər koronavirusa yoluxdu, 70 nəfər sağaldı, 2 nəfər dünyasını dəyişdi
Kamaləddin Qafarov: Xalqımızın işi haqq işidir, biz qalib gələcəyik!
Ukraynalı deputat: Sanksiyalar Ermənistanı Azərbaycanın oğurlanmış torpaqlarını qaytarmağa vadar edə bilər
Məktəbəhazırlıq qruplarının müəllimləri üçün onlayn təlimlərə start verilib
Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib: Düşmən geri çəkildi (VİDEO)
Ermənistanın dinc əhaliyə hücumları davam edir: Yerli sakinlər isə qorxmadan evlərindədir (FOTO)
Gürcüstanda Azərbaycana dəstək aksiyası keçirilir (FOTO)
Ermənistan ordusu ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşib - MN
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik etdi
39 şagirddə koronavirus aşkarlandı
Elektrik qatarlarının cədvəlinə dəyişiklik ləğv olundu
Ermənistan daha 28 hərbçisinin həlak olduğunu elan edib
Saakaşvili: Dağlıq Qarabağ Azərbaycandır və bunu heç nə dəyişməyəcək
Ərdoğan: 30 ildir münaqişənin həllində heç bir iş görməyənlər indi bəyanat verir
Medvedev Dağlıq Qarabağ münaqişəsini siyasi-diplomatik yollarla tənzimləməyə çağırıb
Səbail rayonunda velosiped oğrusu saxlanılıb (FOTO/VİDEO)
İranda koronavirusa yoluxanların sayı 450 min nəfərə çatır
Nazirlik internet istifadəçilərinə müraciət edib
Türkiyədəki bütün soydaşlarımız Azərbaycan dövlətinin yanındadır
Macarıstan, Monteneqro, Serbiya, Bosniya və Hersoqovina mediasında Ermənistanın təxribatından yazılıb
Mədəniyyət xadimləri Ermənistanın törətdiyi təxribatla əlaqədar xalqa müraciət etdilər
Bakı Metropoliteni adi rejimdə fəaliyyət göstərəcək
Deputat: Ermənilər Azərbaycan Ordusunun zərbələrindən təşvişə düşüb qaçırlar
Özbəkistan Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırır
Hulusi Akar: Ermənistan Azərbaycan torpaqlarını dərhal boşaltmalıdır
Rusiya nəşri: Azərbaycan Ermənistanı darmadağın edəcək
İctimai nəqliyyatın qrafiki ilə bağlı son xəbərləri operativ şəkildə ictimaiyyətlə bölüşəcəyik - DANX
Piter Teys: Dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir
Çexiyanın sabiq baş naziri: Beynəlxalq ictimaiyyətin qarşısında ciddi vəzifə dayanır - Qarabağ münaqişəsinin sülh yolu ilə həllini təmin etmək
Dövlət Komitəsi Ermənistanın törətdiyi hərbi təxribatlara görə bəyanat verib
Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib - Vaqif Dərgahlı
Ermənistanda koronavirusdan ölənlərin sayı 957 nəfərə çatıb
Komitə sədri: Qəhrəman əsgərimiz Azərbaycan bayrağını Şuşamıza aparır!
Xəzər rayonunda 8 evdən oğurluq edən şəxslər saxlanılıblar (FOTO)
Səfərbərlik Xidməti: Son günlər böyük sayda vətəndaş könüllü olaraq müraciət edirlər
Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində iki məktəbli həlak olub
Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir və buna nail olacaq - Deputat
Kimlərin səfərbərliyə cəlb olunacağı açıqlandı - Rəsmi
Çin hökuməti tərəfləri Dağlıq Qarabağda gərginliyi azaltmağa çağırır
Arzu Nağıyev: Azərbaycan öz torpaqlarını azad etmək istəyir və özgə ərazilərinə iddia etmir
Sumqayıtdan VAZ dairəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq
Ordu və əhali arasında əhval-ruhiyyə kifayət qədər yüksəkdir
16 yük avtomobili ilə 6500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb - BNA
Düşmənin daha iki tankı məhv edilib - MN (VİDEO)
Tərtər məhkəməsinin binası atəşə tutulub, ölən və yaralananlar var
Könül Nurullayeva: Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas prioritetdir
Sabahın hava proqnozu açıqlanıb
Hər bir gəncimiz ön cəbhədə döyüşməyə hazırdır - Nazirlik
Türkiyəli ekspert: Ermənistan qoşunlarının Azərbaycanın dinc sakinlərinə hücumu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır
Rusiya XİN Dağlıq Qarabağda vəziyyətlə bağlı maksimum təmkinli olmağa çağırır
Türkiyə MN Azərbaycana dəstək videosu yayımlayıb (VİDEO)
Düşmən atəşi nəticəsində Ağdam sakini həlak olub
Bu gündən şəhərlərarası ictimai nəqliyyat 20:00-a qədər işləyəcək
Ermənilər Mayis Bərxudarovun əsir götürülməsi ilə bağlı saxta məlumat yaymaqla daxildə yaranmış xaosu azaltmaq məqsədi güdür - Hikmət Hacıyev
Anar Eyvazov: Ermənistan ordusu ciddi itkilər verib
ABŞ səfirliyi bəyanat yayıb
İstanbulda Ermənistanın Azərbaycana qarşı təxribatına etiraz aksiyası keçirilib
Düşmənin itkiləri arasında Yaxın Şərqdən olan erməni əsilli muzdlular da var - Vaqif Dərgahlı
Ceyhun Bayramov: Ermənistanın təxribatı nəticəsində dünən 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb
Komendant saatı ilə əlaqədar elektrik qatarlarının cədvəlinə dəyişiklik edilir
Azərbaycan Respublikasındakı etnik icma rəhbərləri birgə bəyanat yayıb
Azərbaycan XİN ölkədəki diplomatik korpusa müraciət edib
Heydər Əliyev Aeroportu fəaliyyətini məhdudlaşdırıb
Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edildi - Sərəncam
Xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb (FOTO)
Hikmət Hacıyev: Bəzi beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirir
Hikmət Hacıyev: Bu, böyük Vətən müharibəsidir
Tərtərdə polis şöbəsinə və məcburi köçkün şəhərciyinə atəş açılıb - Prezidentin köməkçisi
Təhsil Nazirliyi internet probleminə görə şagirdlərə müraciət etdi
Cəbhə bölgəsindəki məktəblərin dərs cədvəllərinə dəyişiklik edilib
Ceyhun Bayramov: XİN beynəlxalq təşkilatları məlumatlandırıb
General-mayor Mayis Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq
Azərbaycanda qismən səfərbərlik elan edildi - Sərəncam
Rəhbər vəzifədə işləmək istəyənlərin qeydiyyatına başlanılıb
bp ƏMSSTQ sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirəcək
Baş Prokurorluq: İndiyədək mülki əhalidən 26 nəfər xəsarət alıb
Müdafiə Nazirliyi döyüş əməliyyatlarından daha bir video yayıb
Sentyabrın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Jan-Fransua Mansel: Ermənistanla Azərbaycan arasındakı toqquşmalar beynəlxalq ictimaiyyətin passivliyinin nəticəsidir
Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı “Al Jazeera” kanalına müsahibə verib (VİDEO)
Deputat: 27 sentyabr qələbəyə aparan tarix kimi yadda qalacaq
Livanlı vəkil: BMT Ermənistanın hərbi təxribatlarını dayandırmalıdır
QHT sədri: Xalq-ordu-dövlət birliyi nəticəsində qələbəyə nail olacağıq
Azərbaycanın “hücum modeli” diplomatiyası və onun tətbiqi mexanizmləri
Coğrafiya İnstitutu: İşğal edilmiş ərazilərimizdən qızıl ehtiyatlarımız daşınır
Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib: Xeyli düşmən qüvvəsi məhv edilib (VİDEO)
Yardımlıda qədim abidələr və qurbangah aşkarlandı (FOTO)
XİN: Düşmən qüvvələri mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alır
Ermənistan növbəti dəfə ölən hərbçilərin sayının yalnız bir qismini açıqlayıb - ADLAR
Qazaxıstanda koronavirusa daha 52 nəfər yoluxub
Dünyada koronavirus qurbanlarının sayı 1 milyon nəfəri ötüb
Bütün xəbərlər